Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ tarix boyu planeti ən çox çirkləndirən ölkədir
ABŞ tarix boyu planeti ən çox çirkləndirən ölkədir

Qlobal istiləşmə uzun illərdir ki, müzakirə edilən bir mövzuya çevrilib. Bu, planetimizdə gələcək insan nəsillərinə və təbiətə heç bir zəərəri olmayan çox sayda canlıya təsir edəcək. Hökumətlər mövzu ilə bağlı müxtəlif araşdırmalar aparıb önləyici tədbirlər görməyə çalışsalar da, bu günə qədər verdiyimiz zərərlərin necə aradan qaldırılacağı barədə hələ ki, heç bir nəticə əldə edilməyib.

Aparılan araşdırmalara görə, atmosferi daha çox ABŞ, Çin və Hindistan çirkləndirir. Carbon Brif, ölkələrin karbondioksit ifrazını 1850-ci ildən bu günə qədər xırdalıqları ilə izah edib. Bu statistikasını bir animasiyaya çevirən qrup, ABŞ-ın tarix boyu planeti ən çox çirkləndirən və iqlim dəyişikliyinə ən çox təsir edən ölkə olduğunu ortaya çıxarıb. Animasiyaya görə, ABŞ 1850-ci ildən bu günə qədər iqlim dəyişikliyinə səbəb olan ölkələr sırasında ilk yerdədir. Carbon Brifin təqdim etdiyi məlmatalara görə, ABŞ başda fosil yanacaq olmaqla karbondioksid ifrazının ən yüksək olduğu ölkədir.

1850-ci illərdə ABŞ-dan sonra atmosferi çirkləndirən ölkələr arasında Rusiya, Çin, Hindistan, Braziliya, Yaponiya, Birləşmiş Krallıq, İndoneziya, Kanada, Fransa, Ukrayna və Almaniya da vardı. 2021-ci ildə ABŞ-ın atmosferi çirkləndirən karbon buraxma miqdarı 509 milyon tondan çox olub.

Atmosferin zərərli qazlarla çirkləndirilməsi uzun illərdir ki, bütün dünyanı narahat edən məsələdir. Atmosferə atılan zərərli qazlar istixana effekti verərək, yer üzündə qlobal istiləşməyə, bu isə öz növbəsində müxtəlif xəstəliklərin artmasına səbəb olur. Elə Bakının özün də də, bu hal müşahidə edilir. Yaşıllıqların məhv edilərək çoxmərtəbəli binalarla əvəz edilməsi, bölgələrdən insan axını, avtomobillərin çoxluğu, avtomobillərdən atılan zərərli qazlar, Bakı havasını çirkləndirir. Bunun qarşısını almaq üçün Ekologiya və Təbii Sərvvətlər Nazirliyinin əlindən heç nə gəlmir.

Bakıda əhali sayını azaltmaq üçün isə, dəfələrlə paytaxtın başqa bölgəyə daşınması təklifləri irəli sürülüb. İdarə və təşkilatların, ali təhsil ocaqlarının böyük şəhərlərdən birinə daşınması Bakıda sıxlığın azalması ilə nəticələnə bilər. Aidiyyatı qurumlar isə, hələ ki, bu məsələni gözardı edir.

Hazırladı: İlahin, Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »