Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xameneinin nümayəndəsinin Bakı ofisi bağlanıb
Xameneinin nümayəndəsinin Bakı ofisi bağlanıb

İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi və Hüseyniyyə məscidi koronavirus infeksiyasına görə fəaliyyətini dayandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirib ki, təkcə adıçəkilən yerlər deyil, eyni zamanda, koronavirusun çox yayıldığı digər qapalı məkanların da fəaliyyəti dayandırılıb. Hüseyniyyə məscidi son günlər koronavirus infeksiyasının çox yayıldığı məkanlardan biridir. Digər yerlər kimi, Hüseyniyyə məscidinin də fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »