Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Saxta pulların dəyəri ödənilmir, dövriyyədən çıxarılır və məhv edilir"
"Saxta pulların dəyəri ödənilmir, dövriyyədən çıxarılır və məhv edilir"

Azərbaycanın hazırda olan valyutası, Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq 2006-cı ildən etibarən 1 yeni manat 5000 manata bərabər tutulub. Denominasiya həyata keçirilib və tədavülə yeni nəsil pul nişanları (AZN) buraxılıb.

İqtisadçı Günay Həsənovanın sözlərinə görə, yeni pullar 7 ədəd kağız və 6 ədəd metal puldan ibarətdir. Yəni, bu gün Azərbaycanda dövriyədə 1, 5, 10, 20, 50, 100, 200 manatlıqlar və 1, 3, 5, 10, 20, 50 qəpiklər var. Azərbaycan valyutasının dizaynı vahid konsepsiya üzərində hazırlanıb. Belə ki, pulun dizaynında "Müstəqil Azərbaycan" əks etdirilib və burada müxtəlif sahələrin inkişafı və Avropaya inteqrasiya da yer alıb.

İqtisadçı G.Həsənova qeyd edir ki, Mərkəzi Bank qanunvericilikdən irəli gələrək ölkə ərazisində pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə aparır. Ekspert saxta pul məsələsini belə izah edib ki, pul nişanlarının saxta olması barədə ekspert rəyini Mərkəzi Bank verir. Belə pullar dövriyyədən çıxarılır və məhv edilir:

"Saxta pulların dəyəri ödənilmir. Bu qərar Azərbaycan manatı ilə yanaşı, digər valyutalara da şamil edilir. Əgər bir vətəndaşda saxta pul aşkarlanıbsa, pul nişanlarının saxtalaşdırılması üzrə cinayət işinin məhkəmə icraatı başa çatdıqdan sonra saxta pul nişanları Mərkəzi Banka təhvil verilir".

Xəsarət görmüş pullar necə dəyişdirilir?

Ekspert bildirir ki, bu məsələ Mərkəzi Bank haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə və Azərbaycan Mərkəzi Bankının “Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları”nın 3.3 bəndinə uyğun olaraq həyata keçirilir.

Belə ki, tədavülə yararlı, yararsız və saxta olmayan bütöv bir hissədən ibarət, səthinin 60 faizdən az olmayan hissəsini saxlayan pullar banklar tərəfindən qəbul edilməli və ya dəyişdirilməlidir.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, saxta pulların hazırlanması və satışına görə Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən 5-7 ilə qədər azadlıqdan məhrum edilmə cəzası verilir.

"Saxta pulların hazırlanması və satışı külli miqdarda olarsa, bu iş bir dəfə həbs edilmiş şəxs tərəfindən törədilərsə, bu zaman həmin şəxsi 7-10 il azadlıqdan məhrum etmə cəzası gözləyir. Bəzən bu kimi əməllər qrup şəklində həyata keçirilir. O zaman isə şəxslər 8-12 il azadlıqdan məhrum edilir.

Azərbaycan manatının digər valyutalara olan nisbəti yəqin hamı üçün maraqlı olar. Azərbaycan manatının Türkiyədə, Gürcüstanda, Rusiyada və s. digər ölkələrdə dəyəri necədir?

  • 1 ABŞ dolları USD - 1.7000
  • 1 Avro EUR - 1.9711
  • 1 Avstraliya dolları AUD - 1.2356
  • 1 BƏƏ dirhəmi AED - 0.4628
  • 1 Gürcüstan larisi GEL - 0.5397
  • 1 Hindistan rupisi İNR - 0.0229
  • 1 İngiltərə funt sterlinqi GBP - 2.3021
  • 100 İran rialı İRR - 0.0040
  • 1 İsveçrə frankı CHF - 1.8265
  • 1 Kanada dolları CAD - 1.3465
  • 1 Küveyt dinarı KWD - 5.6365
  • Qızıl XAU - 2991.2095
  • Gümüş XAG - 38.3316
  • Platin XPT - 1655.3580

Hazırladı: İlahin, Bizimyol.info

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Eldar Həsənovun qızı: “Gözümüz baxa-baxa atamı öldürürlər..."
Son xəbərlər
Bütün xəbərlər »