Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 6 oktyabr, 2021-ci il – Gözlənilməz hadisələr, qəribə təsadüflər...
Ulduz falı: 6 oktyabr, 2021-ci il – Gözlənilməz hadisələr, qəribə təsadüflər...

Bizimyol.info 6 oktyabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Səhər saatlarında təmkinini qorumaq hətta özünü idarə edə bilməkdə ad çıxaranlar üçün də çətin olacaq. Bəzi gözlənilməz hadisələr, sizi narahat edən qəribə təsadüflər ola bilər. Dəstəyə ehtiyacı olan insanlar bəzən kimə müraciət edəcəklərini bilmirlər. Ancaq güvənə biləcəyiniz yaxın insanlar var. Günortadan sonra daha maraqlı olacaq. Bir çox problemlər öz-özünə həll olunacaq. Çox çətin görünən məsələləri çözmək mümkün olacaq. Köhnə dostlarla və digər yaxın insanlarla təmaslar məmnuniyyət gətirəcək.

Qoç - Günün gözlədiyiniz kimi keçmək ehtimalı yoxdur. Planlarınıza təsir edəcək gözlənilməz hadisələr, xəbərlər ola bilər. İş sahəsində dəyişikliklər istisna edilmir. Bir çoxları tamamilə yeni bir iş görmək məcburiyyətində qalacaq və belə bir işdə yeni uğurlar əldə etmək asan olmayacaq. İnadkar olun. Amma gün qeyri-adi görüşlərlə sevindirəcək. Haqqında əvvəllər çox müsbət rəylər eşitdiyiniz insanlarla bir araya gəlmək imkanınız olacaq. Yaxşı alış-veriş etmək istəyirsinizsə, tam münasib zamandır.

Buğa - Gün çox gözəl başlayacaq. Səhər həm xoş hadisələr, həm də ruh yüksəkliyi yaradan xəbərlər olacaq. Dərhal işə başlamaq istəyəcəksinizvə uğur qazanacaqsınız. Çətinliklər ortaya çıxsa belə, planlarınızdan əl çəkməyin, geri çəkilməyin. Bir çoxları əvvəllər qorxub geri çəkildikləri problemlərin həllində uğur qazanacaqlar. Günortadan sonra qəlbinizin səsinə xüsusi diqqət yetirməlisiniz. Onun məsləhətləri məqsədinizə yaxınlaşmağınıza dəstək olacaq. Bu həm iş sahəsinə, həm də şəxsi təmaslara aiddir. Fərqli xasiyyəti olan insanlarla yaxşı uzalaşacaqsınız.

Əkizlər - Günün ilk yarısı vacib işlər üçün uyğun deyil. Onları necə yola verəcəyinizi dərhal anlamağınız çətin olacaq, yanlış qərarlar verə bilərsiniz. Həmişəkindən daha tez-tez mübahisələr yaranacaq, özünü sübut etmiş tərəfdaşlarla da yola getmək çətin ola bilər. Ancaq vəziyyət sürətlə yaxşılığa doğru dəyişəcək. Günortadan sonra bir çox işləriniz uğurlu olacaq. Yeni bir istiqamətdə də öz gücünüzü sınağa çəkmək üçün münasib vaxtdır. Şəxsi münasibətlərdə aktiv ola bilərsiniz. Fikirlərinizin çoxu sevdiklərinizin xoş anlamda diqqətini çəkəcək.

Xərçəng - Səhər dava-dalaşın qarşısını almaq demək olar ki, mümkün deyil. Kiçik uğursuzluqları belə ağrılı qəbul edirsiniz, xırda məsələlərə çox kəskin reaksiya verirsiniz. Xoşbəxtlikdən sizi dəstəkləyəcək və müsbət əhval-ruhiyyəyə köklənməyinizə kömək edəcək insanlar da tapılacaq. Günün ikinci yarısı ürəkaçan, rəngarəng və məhsuldar olacaq. Həvəslə yeni istiqamətlərə yönələcəksiniz və tez də uğur qazanacaqsınız. Ailədə xoş hadisələr yaşana bilər. Sevdiklərinizi sevindirmək üçün bir çox yollar tapacaqsınız, onlar da sizi sevindirən xəbərlər paylaşacaqlar.

Şir – Hər sahədə çox yaxşı davranacaqsınız və çətinlik çəkmədən uğur qazanacaqsınız. Qətiyyətlisiniz, maneələr qarşısında əyilmirsiniz, şəraitdən asılı olmadan planlaşdırdığınız işdən əl çəkməyəcəksiniz. Köhnə rəqibləri yerində oturtmaq və pis niyyətli insanları ifşa etməyi bacaracaqsınız. Gözlənilməyən mənbələrdən gəlirləriniz ola bilər. Maliyyə və ya əmlakla bağlı bir çox qərarlar uğurlu olacaq. Günün ikinci yarısı həm özünüz, həm də ailə üzvləriniz üçün vacib olan xoş xəbərlərlə yadda qalacaq.

Qız - Böyük uğurların günü kimi xatırlanacaq bir gün. Siz qətiyyətli və inadkarsınız, bir çox işlərdə uğur qazanmaq üçün inamla irəli gedirsiniz. Heç kim sizə kömək etməsə belə, kompleks problemləri həll etmək üçün yaxşı bacarıq göstərəcəksiniz. İşlə bağlı yaxşı xəbərlər ala bilərsiniz. Bir çoxları gələcək üçün peşə planlarına qərar verə biləcəklər. Gün əhəmiyyətli və perspektivli görüşlər üçün əlverişlidir. Hər kəslə yaxşı davranırsınız, hətta əvvəllər başa düşmədiyiniz insanlarla da anlaşma əldə edə biləcəksiniz. Küsülülüklərə son vermək, bəzi köhnə əlaqələri geri qazanmaq mümkün olacaq.

Tərəzi - Günün ilk yarısı olduqca yorucu və çətinliklərlə dolu ola bilər. Çox şey etməlisiniz və çox vaxt başqalarının səhvlərini düzəltməlisiniz. Başqalarının başladığı işləri də tamamlamalısınız. Yerinizdə başqa birisi olsaydı, özündən çıxardı. Amma siz sakit qalmağı bacaracaqsınız, tələsik vacib qərarlar verməyəcəksiniz. Günortadan sonra xoş xəbərlər gələcək. Planları dəyişdirməyiniz lazım ola bilər, amma qanınız qaralmayacaq. Ətrafınızdakı insanlar özləri də bilmədən maraqlı ideyalar və təkliflər verəcəklər. Bu gün bir çoxları sevgi romanı yaşayacaqlar.

Əqrəb – Uğura şübhə etməyin - bir çox vacib işlərə uyğun gələn gündür. Yardıma ehtiyacınız varsa, əldə etmək çətin olmayacaq. Birgə fəaliyyətlər barədə razılığa gəlmək asan olacaq. Son zamanlar gərgin inkişaf edən münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişə bilər. Mümkündür ki, son rəqiblər də sizinlə kəllə-kəlləyə gəlməkdənsə əməkdaşlıq etməyin daha yaxşı olduğunu başa düşsünlər. Bu günün hadisələri bəzi vacib qərarlar qəbul etməyinizə, gələcək planlarınız barədə yekun nəticəyə gəlməyinizə səbəb olacaq. Daha əvvəl əhəmiyyət vermədiyiniz problemlərin fərqli bir şəkildə həllinə başlaya bilərsiniz.

Oxatan - Vacib məsələləri gözdən keçirmək üçün yaxşı gündür. Bir çoxlarını haqlı olduğunuza inandıra biləcəksiniz. Fikirlərinizlə maraqlanlar çox olacaq. Nüfuzlu şəxslərin dəstəyi sayəsində bəzi cəsarətli planların həyata keçirilməsi mümkün olacaq. Gün çox sürprizlər gətirsə də, planlarınızdan əl çəkməyəcəksiniz, düşündüyünüz hər şeyi reallaşdırmağa çalışacaqsınız. Və nəsibiniz uğur olacaq. Şəxsi münasibətlərinizi yaxşılığa doğru dəyişikliklər müşayiət edəcək.

Oğlaq - Xırda şeylərdən narahat olmasanız, başqalarına qəzəblənməsəniz, gün yaxşı olacaq. Dinc davranış və xeyirxahlıq bir çox problemlərin qarşısını almağa, sizin üçün əziz olan insanlarla yaxşı münasibətlər qurmağa kömək edəcək. Diplomatik istedadlarınız işdə lazımlı olacaq. Onların sayəsində həmkarlarınız və rəhbərliklə uzun mübahisələrə vaxt itirməyinizə ehtiyac qalmayacaq. Gözlənilməz səfərlər, inanılmaz görüşlər yer ala bilər. Uzun müddət təmasda olmadığınız insanlarla bir araya gələcəksiniz. Sizə tamamilə qeyri-adi və eyni zamanda cazibədar təkliflər təqdim olunacaq.

Dolça - Gün vacib işlərin həlli üçün münasibdir və hər sahədə uğurlar vəd edir. Nəyə qadir olduğunuzu göstərə biləcəksiniz. İstedad və bacarıqlarınız, şübhəsiz ki, çox nüfuzlu insanları maraqlandıracaq. Gözlənilməz təkliflərə təəccüblənməyin: bunlar nəyə qadir olduğunuzu bilən adamlardan gələcək. Ola bilsin ki, bu gün verilən qərarlarla karyeranızın yeni bir mərhələsi başlayacaq. Yalnız sizin üçün deyil, ətrafınızdakılar üçün də vacib olan bəzi işlərdə iştirak etmək üçün əlverişli gündür. Bu gün başqaları üçün nə etsəniz, sizin üçün də faydası olacaq. Son vaxtlar asan olmayan münasibətlər nəzərəçarpacaq dərəcədə yumşalacaq.

Balıq - Gün yüngül və xoş atmosferdə keçəcək. Sizi çoxdan maraqlandıran bir işlə məşğul ola bilərsiniz. Birincisi, xırdalıqların sizi yayındırmaq ehtimalı yoxdur, ikincisi, ilk uğurlar tez bir zamanda özünü göstərəcək. Bundan əlavə, yeni fəaliyyətlər tez-tez yeni tanışlıqlarla müşayiət olunacaq. Dostlarınız və həmkarlarınızdan fərqli olan insanlarla söhbət etmək maraqlı olacaq. Bir çoxları digər insanların təcrübələrini öyrənəcəklər; bu, bir çox səhvləri önləməyə kömək edəcək. Ev işləri üçün yaxşı zamandır. Tez öhdəsindən gələcəksiniz, ya yorulmağa, ya da səxəlmağa vaxtınız olmayacaq.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »