Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baltikyanı ölkədə miqrantlar düşərgələrdən başqa dövlətlərə qaçırlar
Baltikyanı ölkədə miqrantlar düşərgələrdən başqa dövlətlərə qaçırlar

Litva miqrant böhranı ilə üzləşib. Belarus hakimiyyətinin Baltikyanı ölkə ilə sərhədə Afrikadan, Yaxın Şərqdən gələnləri yönləndirməsi Vilnüsü böyük problemlə üz-üzə qoyub. Litva Avropa İttifaqından dəfələrlə kömək istəyib. Ölkə ordusu problemin həllinə cəlb edilib. Amma yenə də miqrant axınının qarşısını almaq olmur.

Bizimyol.info xəbər verir ki, daha bir problem gəlmələrin xüsusi düşərgələrdən qaçaraq Avropanın başqa ölkələrinə üz tutmasıdır. İlin əvvəlindən 700 belə hal qeydə alınıb. Miqrantlar daha çox Qərbi Avropa dövlətlərinə yol alıblar. Litva Daxili İşlər Nazirliyinin məlumatında belə deyilir.

Nazirlik qaçanları saxlamaq üçün müəyyən tədbirlər gördüyünü açıqlayıb. Həmin şəxslərdən 146-nı tapmaq mümkün olub. Litva Daxili İşlər Nazirliyi bildirir ki, qaçanların əksəri addımını siyasi sığınacaq istəyinə rədd cavabı almaq ehtimalının yüksək olmasına görə atdığını deyib. Onları sonradan ağır həyat şəraiti gözləyir. Miqrantlar heç cür geri qayıtmaq istəmir. Əksinə, qaçmaq onlara yeni ümidlər verir. Litvada qalmaq istəyənlərin sayı onsuz da çox azdır.

Miqrantlar Rukla və Pabrade şəhərlərindəki düşərgələrdən qaçmağın daha rahat yolunu tapıb. Litva Daxili İşlər Nazirliyi buradakı məntəqələrdə qorunmanı gücləndirib. Qurum həmin halların tam qarşısını almağa söz verib.

Litva Seyminin deputatı Linas Yonauskas bir neçə gün əvvəl qanunsuz miqrasiyanın təşkilatçılarının 20 il azadlıqdan məhrum edilməsi təklifini dilə gətirmişdi. Onun fikrincə, ölkənin bu məsələdə sərt mövqeyini ortaya qoymaq lazımdır.

Avropa İttifaqı sərhədlərində miqrant problemi mayın sonlarından başlayıb. Alyansın açıqlamalarında Belarus, eyni zamanda, birbaşa dövlət başçısı Aleksandr Lukaşenko Litva, Polşa və Latviya sərhədlərinə gəlmələri yönləndirməkdə ittiham olunur. Bu işdə rəsmi turizm operatoru sayılan “Tsentrkurort”un iştirak etməsinə aid sübutlar ortaya qoyulub. Belarus hakimiyyətinin prosesdən ayrı-ayrılıqda həm siyasi, həm də maddi xeyir güddüyü bildirilir.

Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
Son xəbərlər
Bütün xəbərlər »