Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Enerji qiymətlərinin yüksəlməsi Rusiyanı sevindirib
Enerji qiymətlərinin yüksəlməsi Rusiyanı sevindirib

“Enerji qiymətlərinin kəskin artması daha çox Kremlə sərf edir. Avropa bundan dərs götürməlidir və başqa tərəfdaşlar tapmalıdır”, - Almaniya mətbuatındakı bir yazıda belə deyilir.

Bizimyol.info xəbər verir ki, xüsusilə təbii qaz qiymətlərinin artması Rusiyanı işinə yarayır. Bundan neft istehsal edən ölkələrin birliyi – OPEK də az məmnun deyil. Jurnalist Matias Bryuqqmann yazır ki, neft təşkilatını hesabdan silməyə çoxları tələsib. İndi OPEK qiymətlərin yüksəlməsinə sevinir və döyüş qabiliyyətini xeyli artırıb.

OPEK-in ən vacib gedişlərindən biri neft dünyasında iki düşmən sayılan Rusiya və Səudiyyə Ərəbistanını bir araya gətirmək olub. OPEK+ ittifaqı məhz dünyada neft qiymətlərinin tənzimlənməsinə hesablanıb.

OPEK+ sayəsində Rusiyanın “Rosneft”, “Lukoyl”, “Qazprom”, “Surqutnefteqaz” dünyanın tanınmış şirkətləri ilə bir cərgədə tutulur. Enerji qiymətlərinin yüksəlməsi Kremli böyük mənada söz sahibi edib. “Şimal axını-2” layihəsi Rusiyanın əhəmiyyətini çox artırıb. Xüsusilə Avropanın qışa hazır olmadığı dönəmdə.

“İndi Krım yarımadasının anneksiyasına görə tətbiq olunan sanksiyalar da Rusiyanı qorxutmur. Milli Rifah Fondunun böyük büdcəsi, 600 milyard dollarlıq valyuta ehtiyatları Vladimir Putinin mövqeyini çox gücləndirib. O, iri pullar sayəsində siyasətini yürüdə, ordunu müasirləşdirə, repressiya aparatını genişləndirə bilir”, - Almaniya mətbuatı yazır.

Yazılarda əlavə olunur ki, hadisələrin belə gedişi köhnə qutə üçün yaxşı nəticələnməyəcək. Rusiyadan asılılığı təcili azaltmaq lazımdır. Bərpa olunan enerji ilə bağlı konkret strategiya ortaya qoyulmalıdır. Alman jurnalistlər bunun üçün Avropaya yaxın ölkələri seçməyin vacibliyini qeyd edir. Yazılarda daha çox Ukrayna və Şimali Afrika dövlətlərinin adı çəkilir.

Avropa İttifaqı Moskvaya münasibətdə sanksiya metodunu effektli sayır. Halbuki indi vəziyyət xeyli dəyişib. Avropa üçün Rusiya qazına və neftinə alternativ yoxdur. Kreml son illərin ən inamlı dövrlərindən birini yaşayır.

Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
››› Deputat: "Qiymət artımları əhalidə ciddi təəssüf doğurur"
››› Erməni sevdalıları bəyanat boxçalarını açır
Son xəbərlər
Bütün xəbərlər »