Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ən zəif qrup" kök insanlardır...
"Ən zəif qrup" kök insanlardır...

2019-cu ilin sonlarından həyatımızı kabusa çevirən yeni növ koronavirus pandemiyasının aradan qaldırılması üçün bütün dünya hərəkətdədir. ABŞ alimləri isə, koronavirusa çarə axtardıqları araşdırmalarda, virusu daha çox təhlükəli hala gətirən faktoru müəyyənləşdirə biliblər. Onların fikrincə, həddən artıq çəki, koronavirus vəziyyətini ağırlaşdırır və xəstəxanaya yatırılma riskini 3 dəfə artırır.

Alimlərin fikrincə, ürək-damar xəsətlikləri, xərçəng, diabet kimi xəstəlikləri olan şəxslər COVID-19 a qarşı daha zəif olur. Elm adamlarının fikrincə, "ən zəif qrup" isə kök insanlardır.

ABŞ Xəsətəliklərin Yoxlanılması və Profilaktiksı Mərkəzinin araşdırmalarına görə, köklük, insanları digər ciddi xronik xəsətliklərlə yanaşı, koronavirusa qarşı da gücsüzləşdirir. Köklük ağciyərlərin genişliyini azaldır, nəfəs darlığı, sinə ağrısı və daha ağır vəziyyətlərə yol aça bilər.

Texas Universiteti və Visconsin-Milkvayke Universitetinin alimlərinin fikrincə, vəziyyət bildiyimizdən daha təhlükəlidir. Dünyada 154 ölkədən böyüklərdə COVID-19 ölüm səviyyəsi və həddən artıq köklük arasında əlaqəni araşdırmağa çalışan qrup, ölkələrdəki köklük səviyyəsini qarşılaşdırıb və nəticədə təhlükəli bir nəticə əldə edib. Araşdırmaya görə, bir ölkədə köklük səviyyəsi digər ölkə ilə müqayisədə 100/1 çox olduğu zaman həmin ölkədə koronavirusdan qaynaqlanan ölüm səviyyəsi 100/3,5 səviyyədə daha çox olur. Pandemiya dövründə köklük probleminin artdığını bildirən alimlər, artıq çəkili insnaların COVID-19 xəstəliyini daha pis keçirəcəyini və reanimasiyada yatma müddətinin daha uzun olacağını vurğulayıblar.

Bəs köklüklə necə mübarizə aparmaq olar?

Mütəxəssislər, sağlam həyat və idmanın vacib olduğunu qeyd edir. Alimlər bu vəziyyətə də çarə axtarır. Bir müddət əvvəl köklüklə mübarizə ilə bağlı 16 ölkədə aparılan bir araşdırma nəticəsində, diabet müalicəsi üçün istifadə edilən bir dərmanın bədən ağırlığını 20 faiz azaltdığını müəyyən edib.

"New England Journal for Medicine" yayımlanan araşdırmaya görə, daha əvvəl sadəcə əməliyyatla aradan qaldırıla bilən çəkilər ilk dəfə dərmanla aradan qaldırılıb. Belə ki, 16 ölkədən çox sayda universitetin birlikdə apardığı 68 həftəlik araşdırma "Semaglutide" adlı dərmanın köklüyün aradan qaldırılması üçün təsirli olduğunu aşkarlayıb. Bədənin, beynin iştah tənzimləyici sistemini ələ keçirən dərman aclıq hissini azaldır.

Araşdırmanın müəlliflərindən London Universitetinin professoru Rayçel Batterham qeyd edib ki, 2,4 mg "Semaglutide" qəbul edən şəxslər 4/3-ü bədən ağırlıqlarının 100/10-dan çoxunu, 3/1-d 20 faizindən çoxunu itirir. Başqa heç bir dərman bu qədər arıqlada bilməz. Araşdırmaya qatılanlar 15,3 kiloqram arıqlaya bilib. Arıqlama zamanı bel ətrafı yağlar, qandakı yağlar, qan şəkəri və qan təzyiqi kimi, ürək xəstəliyi və diabet üçün risk təşkil edən faktorlarda da azalma müşahidə edilib. Qeyd edək ki, Novo Nordisk tərəfindən istehsal edilən "Semaglutide" dərmanı əsasən II tip dibetin müalicəsi zamanı istifdə edilir.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »