Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sosial şəbəkələrdə yaranan fasilə yenidən təkrarlana bilər”
“Sosial şəbəkələrdə yaranan fasilə yenidən təkrarlana bilər”

“Uğursuzluğun miqyası qlobal olub və 126 min istifadəçi “Facebook”, 35 mindən çox istifadəçi “WhatsApp” və təxminən 100 min istifadəçi “Instagram”la bağlı problemlər haqqında yazıb”.

Bu fikirləri Bizimyol.info-ya açıqlaması zamanı İT mütəxəssisi Səkinə İlqarqızı bildirib. Onun sözlərinə görə, bu rəqəmlər yalnız Downdetector portalında uğursuzluqları bildirənlərin sayıdır və əslində şirkətin xidmətlərindən istifadə edə bilməyənlərin sayı daha çoxdur.

Səkinə İlqarqızı Səkinə İlqarqızı

“Çox güman ki, uğursuzluğun səbəbi serverlərlə bağlı problem idi. “Facebook”un istifadə etdiyi DNS serverlərində baş verən xətanın buna səbəb ola biləcəyini düşünürəm.

Baş verən xəta, sistemin Facebook.com və Instagram.com-u tapdığı DNS qeydlərinin qlobal marşrutlama cədvəllərindən silinə bilməsi ola bilər. “Facebook”un DNS qeydləri olmadıqda heç kəs sosial platformadan istifadə edə bilməz. Qeyd etmək istərdim ki, yaşanan məsələ ilə bağlı bir çox özəl şirkətlər və dövlət qurumları da işlərində problemlərlə üzləşmişdilər”.

Səkinə İlqarqızının sözlərinə görə, ümumi dünya üzrə 10.6 mln istifadəçinin şikayəti qeydə alınıb.

“Bundan əlavə olaraq, bir çox insanların gündəlik həyatının ayrılmaz hissəsi olan sosial platformanın ani çökməsi hər kəsi həyacana saldı. Azərbaycanda isə internet kəsintisi Vətən müharibəsi zamanı da yaşandığı üçün, bir çoxları yenidən müharibə başlayacağı ilə bağlı panikalar yaymağa başladılar. Lakin bu problem dünyanı əhatə etdiyinə görə, heç bir panika yaratmaq lazım deyil. Bu cür fasilələr daha uzun çəkə bilər və yenidən təkrarlanmağı belə istisna deyil. Vətəndaşlarımıza bu cür dünyamiqyaslı xətalar zamanı mənfi fikirlərdən uzaq olmalarınıı və yanlış fikirlər yaymamağı tövsiyə edirəm”,- deyə İT mütəxəssisi bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »