Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünənki internet problemi zamanı yaranan mənzərə: Dronlar da idarəetməni itirdilər
Dünənki internet problemi zamanı yaranan mənzərə: Dronlar da idarəetməni itirdilər

Dünən axşam saatlarından başlayaraq bir çox sosial şəbəkələrdə - dünya nəhənglərindən olan “Facebook”, “Whatsapp” və “İnstagram”a girişdə məhdudiyyətlər, kəsilmələr yarandı. Ardınca problemin əhatə dairəsi daha da artmağa başladı. Yaşanan çətinlik bir çox sosial şəbəkə səhmlərinin sürətlə ucuzlaşmasına gətirib çıxardı.

"Forbes"in yaydığı məlumata əsasən, "Facebook"un təsisçisi Mark Zuckerberg sahibi olduğu sosial media şəbəkələrində yaranan pozuntulara görə 6,6 milyard dollar itirərək dünyanın ən varlı insanları sırasında 6-cı pilləyə enib.

Digər sosial şəbəkələr isə mövcud vəziyyətdən istifadə edərək, işində problem yaranan “Facebook”, “Whatsapp” və “İnstagram”ı məsxərəyə qoyublar. Məsələsən, “Twitter” öz rəsmi səhifəsində paylaşım edərək, “İnstagram”ı lağ obyektinə çevirib.

Bundan əlavə qlobal internet resurslarında yaranan problem zamanı Çində keçirilən şouda idarəetməni itirən dronlar qəfil insanların, maşınların, ağacların üstünə tökülüb. Çin rəsmiləri hadisəyə texniki nasazlığın səbəb olduğunu bildirsələr də, həmçinin insidentin qlobal internet resurslarında yaranan problemlə əlaqədar olduğu istisna edilmir.

“Facebook” isə açıqlama verərək, ilk dəfə texniki problemi etiraf edib: “Məlumat mərkəzləri arasındakı trafiki əlaqələndirən əsas internet infrastrukturunda yeniləmələr aparılarkən məlumat mərkəzləri arasında əlaqə kəsilib”,- deyə açıqlama bildirilir. Əvvəllər bu sosial şəbəkə həmişə dayanmaları xidmət işləri ilə bağlı könüllü fasilə kimi izah edirdi.

Qeyd edək ki, FB-nin dünya boyunca müxtəlif regionlarda məlumat mərkəzləri (DataCenter-ləri) var. Bütün məlumatlar fiziki olaraq həmin mərkəzlərin disklərində saxlanılır. FB və əlavələrininin hamısı (İnstagram, Watsapp, Oculus) sinxron olaraq bütün mərkəzlərdə tam həcmdə saxlanılır. Bu həm məlumat itkisindən sığortalayır (bir mərkəzdə disk sıradan çıxarsa, yenilənir və digər mərkəzdən bütün məlumatlar təzədən ora köçürülür), həm də saytın sürətini artırır - biz brauzerdə FB-ni açanda bizə məlumatlar coğrafi baxımdan ən yaxın mərkəzdən göndərilir. Həmçinin biz bir paylaşım edəndə onu əvvəlcə ən yaxın mərkəzin diskinə yazır, sonra sinxron qaydada dünya boyunca bütün mərkəzlərin diskinə köçürülür. FB-nin rəsmi açıqlamasına görə, məhz mərkəzlər arasında həmin əlaqə infrastrukturunu yeniləyərkən bu əlaqə qırılıb və onu bərpa edənə qədər məcburən serverləri dayandırmalı olublar.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »