Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıt sakinlərinin işini rahatlaşdırmaq istədilər, əksinə oldu
Sumqayıt sakinlərinin işini rahatlaşdırmaq istədilər, əksinə oldu

Sentyabrın 28-dən etibarən Sumqayıt şəhərində marşrutlar kart sisteminə keçib. Bununla da problemlər baş qaldırıb, bu da əhalinin haqlı narazılığına səbəb olub.

Sumqayıt şəhər sakini Bəxtiyar Məmmədovun sözlərinə görə, 2 manata satılmalı olan kartlar yoxa çıxıb.

“Həmin kartlar avtobus sürücülərində olacaq deyilsə də avtobus sürücülərində yox köşklərdə satılır. Özü də 2 azn-ə yox, 2.50 azn-ə. Bundan əlavə əvvəllər intervalı 1-3 dəqiqə olan marşutlar yarım saatdan, qırx dəqiqədən bir gəlir. Millət yığılır yollara. Pandemiya vaxtı qucaq-qucağa getməyə məcbur oluruq. Bəs yaxşı buna səbəb nədir?”,- deyə soruşur.

Məsələ ilə bağlı Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İ̇darəsinin (SANSİ) rəis müavini Tofiq Saydumov Bizimyol.info-ya açıqlama verərək bildirib ki, marşrutların yarım saat, qırx dəqiqəyə gəlməsi ilə bağlı fikirlər heç bir əsasa uyğun deyil.

“Sadəcə kart sisteminə keçid edildiyi, insanlar növbəli mindiyi üçün intervalda biraz pozulma olur. İnsanlar kartla tam təmin olunana kimi bu problem bütün marşrutlarda yaşanır.

Kartların isə qiyməti 2 manatdır. İlk aldıqda sərnişin çətinlik yaşamasın deyə, bir gediş borca verilir. Növbəti dəfə sərnişin kartına balans vurduqda isə həmin məbləğ çıxılır.

Kartın 2.50 azn-ə satılması ilə bağlı müraciətlər daxil olub. Həmin ünvanlarda yoxlamalar aparmışıq. Lakin heç biri öz təsdiqini tapmayıb”,- deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »