Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İndi istifadə edilən kimyəvi narkotiklər insanı birdəfəlik dəli edir"
"İndi istifadə edilən kimyəvi narkotiklər insanı birdəfəlik dəli edir"

Narkotik maddə istifadəçilərini fərqləndirmək asan deyil. Uzun illər kiminsə tərəfindən fərq edilməyən narkotik maddə asılığı yaşayanlar kifayət qədər çoxdur. Bununla yanaşı, narkotik maddə istifadəsini biruzə edən xüsusi əlamətlər də azdır.

Çox zaman narkotik istifadəçiləri, narkotik vasitələr almaq üçün oğurluq etdiklərində, yüksək doza qəbul edib komaya girdikləri zaman və ya xəstəxanaya düşdükləri zaman ətrafında olan insanlar, onların narkotik istifadəçisi olduğundan xəbərdar olur. Bu zaman isə artıq gec olur. İllər boyu heroin, kokain, marixuana, tiryək və s. kimi narkotik vasitələrdən istifadə edilib. İndi isə narkotik istifadəçiləri əksər hallarda metamfetaminə üstünlük verir.

Narkomaniya üzər ekspert Emil Maqalov Bizimyol.info saytına açıqlamasında bildirib ki, hazırda narkotik istifadəçiləri kimyəvi narkotiklərdən istifadə edir. Əvvəllər daha çox heroinə üstünlük verirdi. İndi isə eləsi var ki, qatıb vurur, eləsi də var ki, daha köhnələrdən istifadə etmir:

"Əvvəllər istifadə edilən narkotiklər asılılıq yaradırdı. İndi istifadə edilən kimyəvi narkotiklər isə, insanı birdəfəlik dəli edir. Bu narkotik vasitələrdən istifadə edənlər hər şey edir. İntihar edir, geyimlərini soyunub gəzir. İndiki narkotiklər şizefroniyaya səbəb olur. Bir çox narkomanlar heroinlə indiki narkotikləri - metamfetamini, amfetamini qatıb istifadə edir".

E. Maqalov bildirir ki, uşaqların narkotik istifadəçisi olmasının qarşsının alınması üçün valideynin gözü uşağın üzərində olmalıdır. Amma indi valideynlərin çoxu işlədiyi üçün və ya işdən gec gəldiyi üçün uşağını kifayət qədər görmür, onunla ünsiyyət qurmur. Bəzən gün ərzində uşağı heç görə bilmir. Ya uşaq yatmış olur, ya da uşaq valideynin gözünə görünməməyə çalışır.

"Amma valideynin nəzəri uşağında olsa, onun narkotik istifadə etdiyini hiss edə bilər. Narkotik istifadə edən uşağın gözləri bərəlir, yata bilmir, yemək yeyə bilmir, özündə olmur. Valideyn bunları övladında hiss edirsə, mütləq narkodispanserə müraciət etməlidir" - deyə Maqalov əlavə edib. Onun sözlərinə görə, narkotiklərdən istifadə "gəncləşib". Əvvəllər narkotik istifadəsi daha çox 25-35 yaşlılarda idisə, indi bu yaş 20-60 olub. Narkotik vasitələrdən istifadə yaşının gəncləşməsi, yeni vasitələrin meydana gəlməsi ilə əlaqədardır.

Mütəxəssis bildirir ki, narkotik istifadəçilərinin əvvəllər 5 faizini qadınlar təşkil edirdi. Metamfetamin meydana gəldikdən sonra bu rəqəm də 5 faiz artıb. Hazırda narkotik istifadəçilərinin 10 faizi qadınlardır.

Narkotik vasitələrə qurşanmanın isə səbəbləri müxtəlifidir. İşsizlik, asudə vaxtın düzgün təşkil olunmaması, stress, əsəb və s. Qısacası, narkotik vasitə istifadə etmək istəyən şəxslər buna rahatlıqla "səbəb" uydura bilir. "Səbəb" deyil, bəhanə uydurduğunun fərqində olmur və ya bunu özlüyündə qəbul etmək istəmir.

İlahin, Bizimyol.info

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »