Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ölkədə təhsil 5 yaşdan başlamalıdır"
"Ölkədə təhsil 5 yaşdan başlamalıdır"

Yeddi-səkkiz ildən artıqdır ki, Azərbaycanda uşaqların 5 yaşından təhsilə cəlb olunmaları məsələsi müzakirə edilir. Hər dəfə təhsil nazirləri çıxış edərək bu məsələyə toxunur, sonra cəmiyyətdə bir qədər çaxnaşma müşahidə edilir və məsələ bağlanır.

Düzdür, hazırda ölkədə uşaqlar üçün 5 yaşından məktəbə qədər müəssisələr fəaliyyət göstərir və uşaqlarının gələcəyini düşünən valideynlər bu müəssisələrə öz övladlarını göndərir.

Bir neçə gün əvvəl yenə uşaqların 5 yaşından təhsilə cəlb edilməsi müzakirə edilib. Hər zaman olduğu kimi yenə də bu məsələ birmənalı qarşılanmayıb. Sosial şəbəkədə müzakirələr, tənqidlər və s. yer alıb. Əhalinin müəyyən hissəsi 5 yaşından təhsilin faydasını düşünmək yerinə "təhsilin" uşağı yükləyəcəyini düşnür. Və nə qədər acınacaqlı olsa da, Azərbaycan vətəndaşı unudur ki, yeni nəsil komputer-texnologiyalar nəslinin nümayəndələridir. Onların kitab arxasınca kitabxanalar gəzməyə ehtiyacı yoxdur. Və onlara keçiriləcək dərslər də "bizim" dövrdəki kimi sıradan, adi deyil. Bu gün uşaqlara məktəblərdə təkcə elm-savad deyil, davranış, din, əxlaq dərsləri də keçirilir ki, bu uşaqların gələcəyi üçün çox önəmlidir. Hələ bu uşaqların komputer-texnologiyalar dövrünün uşaqları olduğunu nəzərə alsaq...

5 yaşından təhsil niyə birmənalı qarşılanmır?

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

Təhsil eksperti Qoşqar Məhərrəmov Bizimyol.info saytına açıqlamasında bildirib ki, təhsil müəssisələrində 5 yaşlı uşaqlar üçün qruplar daha yeni açılmışdı. Hazırda, xeyli uşaq 5 yaşında məktəbə gedir. Ekspertin fikrincə, bu sadəcə olaarq hələ icbari deyil. Amma bütün şəhərlərdə valideynlər, uşaqlarını 5 yaşında məktəbəqədər qruplara göndərir.

Q.Məhərrəmov qeyd edir ki, gələcəkdə 5 yaşından təhsil icbari olacaq: "Dünyanın bəzi ölkələrində təhsil, 12, hətta 13 ildir. Buna görə də, hesab edirəm ki, orta təhsil müddətinin artırılması ölkə üçün prioritet məsələdir. Hətta ölkələr var ki, uşaqları 2-3 yaşından icbari təhsilə cəlb edirlər",- deyən ekspert qeyd edib ki, Azərbaycanda da təhsil 5 yaşından başlayıb 12 illik olacaq. Onun sözlərinə görə, bu arzulanan və gözlənilən bir haldır.

Q.Məhərrəmov əlavə edib ki, bu məsələnin cəmiyyət tərəfindən birmənalı qarşılanmasının müxtəlif səbəbləri var. Belə ki, valideynlər 5 yaşından uşağın məktəbə getməsini onun yüklənməsi kimi hesab edir. Ancaq bu o demək deyil ki, hər gün 5 yaşında uşağa dərs tapşırığı, imtahanlar ediləcək. Şagirdlər sadəcə olaraq, təhsil müəssisələrinə cəlb olunacaq və orada əyləncəli fəaliyyətlərlə məşğul olacaq. Oxumağı sevməyi öyrənəcək.

"Uşaqlara bu müəssisələrdə beyini inkişaf etdirən əyləncəli mövzular aşılanacaq. Bizdə təhsil deyəndə sınaqlar, tapşırıqlar başa düşülür. Amma təhsil bu deyil. Mən hesab edirəm ki, ölkədə təhsil 5 yaşdan başlamalıdır. Hazırda icbari təhsil 9 illikdir. Düşünürəm ki, bu 10 il olmalı və təhsilini davam etdirmək istəyən şagirdlər 11 və 12-ci sinifləri seçməli dərslərlə davam etməlidir. Yəni, şagird məktəbdə götürəcəyi dəsrlərə özü qərar verməli və universitetə yönəlik dərsləri seçməli və onları oxumalıdır. Belə olduğu təqdirdə, 11 və 12-ci siniflərdə daha çox şagird görəcəyik. Çünki həmin dərsləri özləri təhsil almaq istədikləri sahəyə və ya universitetə istiqamətli seçmiş olacaqlar.

Aşağı sinifərdə isə bütün fundamental, təməl dərslər keçiriləcək. Şagirdlər orada ümumi dünya görüşü, təhsil savad alacaqlar. Onsuz da hazırda ölkədə 5 yaşında uşaqlar məktəbəqədər təhsilə cəlb edilir. Faktiki olaraq ölkədə minlərlə ailə uşaqlarını məktəbə göndərir. Bu icbari olsa da heç nə dəyişməyəcək".

Qeyd edək ki, hazırda dünyanın bir çox ölkələrində təhsil 5 və daha az yaşdan başlayır. Bu üsul, uşaqlar üçün ağır yük hesab edilmir. Psixoloq Fərqanə Allahyarova da belə düşünür. F.Allahyarova hesab edir ki, yeni nəslin uşaqları fərqli mühitdə böyüyüb. Bu səbəbdən onların məktəbə tez getməyində heç bir problem yoxdur. Əksinə, uşaq öyrənməyə nə qədər tez başlasa, dərsləri daha tez qavraya bilər:

"Uşaq beyni, zehni ağ kağız kimi olur. Bu səbəbdən də uşaqlar kiçik yaşlarından yaşadıqlarını, gördüklərini, şahidi olduqlarını beyninə yazır. Uşağın 5 yaşından təhsilə cəlb edilməsində pis nə ola bilər ki? Uşaq daha tez həyatı, elmi qavrayırsa bu onun valideyni üçün də üstünlükdür. Həm də cəmiyyətimizə savadlı kadrlar lazımdır"...

İlahin, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »