Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızların 12 yaşdan sonra məktəbə buraxılmadığı ölkə
Qızların 12 yaşdan sonra məktəbə buraxılmadığı ölkə

Avqustun 15-də Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban”ı əminliklə qadınların düşməni adlandırmaq olar. Terror qruplaşmasının qadağalarının əksəri zərif cinsin nümayəndələrinə aiddir. İndi Əfqanıstanda qızlar 12 yaşdan sonra məktəblərə buraxılmır.

Bizimyol.info xəbər verir ki, müsəlman ölkəsində yuxarı siniflərdə yalnız oğlanlar oxuyur. Qadın müəllimlərə isə oğlanların oxuduğu sinfə girmək olmaz.

Kabildəki yaxşı məktəblərdən biri İsveçrədəki əfqan icmasının hesabına maliyyələşir. Qərb mətbuatına danışan müəllim Rəşad Attai deyib ki, yaxın gələcəkdə “Taliban”ın qızların oxumasıyla bağlı qadağaları aradan götürəcəyinə inanmır: “Düşünmürəm ki, nikbin olmaq lazımdır. Çox pis siqnaldır. Cəmiyyətin yarısını kəsib tullayıblar”.

Əfqan qadın Zəmilə Yunus Cenevrədə yaşayır. O, Kabildəki məktəbi maliyyələşdirənlərdəndir.

“Qızlar 12 yaşdan sonra evdə oxumağa məcburdurlar. Onlar hər gün direktora zəng vurub soruşurlar ki, məktəbə nə vaxt qayıda bilərlər. Direktor isə çiyinlərini çəkir”.

Məktəbin direktoru Yasəmin Attai kompüter otağını göstərir. Əslində, bura həm də namaz otağı sayılır. Direktor deyir ki, “Taliban” üzvləri tez-tez təftiş etməyə gəlir: “Onların hər səfəri mənim üçün böyük stressdir. Düzünü deyim ki, onlardan çox qorxuram”.

Direktor məktəbə getməsinə qadağan qoyulan uşaqları unutmur, onların evinə baş çəkir. Belə uşaqlardan biri olan 15 yaşlı Breyna məktəbli geyimini əlinə alanda göz yaşlarını saxlaya bilmir. Təhsildən uzaq qalmış yeniyetmə danışdıqca ağlayır: “İki ay keçib. Özümü qəfəsdə hiss edirəm. Təsəvvür edə bilmirəm ki, qadınlar cəmiyyətdən necə təcrid olunub, qızlar bir daha məktəbə gedə bilməyəcək”.

“Taliban” hakimiyyətə gələndən sonra Əfqanıstanı xeyli qadın tərk edib. Hətta ailəsi ilə piyada yola çıxanlar olub. Əfqanlar daha çox Türkiyəyə və Belarusa üz tutur. Onlar sonra Şengen zonasına keçməyə çalışır. Qərb mənbələrinin məlumatına görə, Əfqanıstanı 1 milyona yaxın vətəndaş tərk etməyi arzulayır.

Bizimyol.info

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »