Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan Saakaşviliyə dəstək mesajı gəlib
ABŞ-dan Saakaşviliyə dəstək mesajı gəlib

"Gürcüstan hakimiyyəti ölkənin keçmiş prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili ilə ədalətli davranmalıdır".

Bizimyol.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib.

"Biz Gürcüstan hakimiyyətini Saakaşviliyə Gürcüstan qanunlarına və beynəlxalq insan haqları öhdəliklərinə uyğun olaraq ədalətli davranılmasını təmin etməyə çağırırıq", - deyə Prays bildirib.

Qeyd edək ki, oktyabrın 1-də vətəninə qayıdan Gürcüstanın üçüncü prezidenti paytaxt Tbilisidə həbs edilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur, iki halda barəsində artıq altı ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan qiyabi hökm çıxarıb, qalan işlərin icraatı davam edir.

Tezliklə ona dövlət sərhədini qanunsuz keçməklə bağlı başqa ittiham irəli sürüləcək.

Bu yaxınlarda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Saakaşviliyə qarşı daha kəskin ittiham irəli sürüb. Baş nazirə görə, Saakaşvili və komandası iğtişaşlara səbəb olmaq və ölkə hakimiyyətini günahlandırmaq üçün gürcü müxalifətçilərinin öldürülməsini planlaşdırıblar.

Gürcüstan Prokurorluğu bəyan edir ki, Saakaşvilinin Ukraynaya təhvil verilməsi məsələsinə baxılmır və o, cəzasını ölkəsində çəkməli olacaq.

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »