Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Azərbaycanlı sənətçinin ölkəyə girişinə qadağa qoydu
İran Azərbaycanlı sənətçinin ölkəyə girişinə qadağa qoydu

“İran mənim ölkəyə girişimə qadağa qoyub”.

Bizimyol.info xəbər verir ki, Əməkdar artist Mehriban Xanlarova bu barədə öz “İnstagram” hesabında paylaşım edib. O, bildirib ki, bu qadağanın hər hansı bir səbəbi yoxdur.

“Axırıncı dəfə İrana müalicə və “check up” müayinə üçün getmişdim. Sonradan nə oldusa, mənim ölkəyə girişimə qadağa qoydular”.

Sənətçi düşünür ki, bu qadağa onun sosial şəbəkələrdəki siyasi paylaşımlarına görə ola bilər.

Onu da qeyd edək ki, bir müddət əvvəl Mehriban Xanlarova İran sərhədindən buraxılsa da, sonra yenidən geri qaytarılmışdı.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »