Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkələrdə yaranan problemlə bağlı “Facebook”dan açıqlama
Sosial şəbəkələrdə yaranan problemlə bağlı “Facebook”dan açıqlama

4 oktyabr tarixində sosial şəbəkələrin işində problem yaranıb. "Facebook", "WhatsApp", "Messenger", "Instagram" və "Oculus" sosial şəbəkələrinə daxil olmağa çalışan istifadəçilərin bir qismi "500 Server Error" xətası ilə, bir qismi isə əlaqə qurmaqda, mesaj göndərməkdə çətinliklə qarşılaşıblar.

Bizimyol.info xəbər verir ki, istifadəçilərin yaşadığı narahatçılığı görən “Facebook” yaranan problemlə bağlı rəsmi açıqlama verib.

Açıqlamada bildirilir ki, məlumat mərkəzləri arasındakı trafiki əlaqələndirən əsas internet infrastrukturunda yeniləmələr aparılarkən məlumat mərkəzləri arasında əlaqə kəsilib.

Qeyd edək ki, saytın fəaliyyətində yaranmış problem qlobal xarakter daşıyıb. Saytın bütün məlumat mərkəzlərinin işində fasilə yaranmışdı.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »