Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərxoş vəziyyətdə avtomobil idarə edən COVID-19 xəstəsi saxlanılıb
Sərxoş vəziyyətdə avtomobil idarə edən COVID-19 xəstəsi saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları “VAZ-2106” markalı avtomobilin sürücüsü, rayon sakini Akif Seyidovun sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyini aşkarlayıblar.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı onun həm də aktiv koronavirus xəstəsi olduğu və yaşadığı ünvanı tərk etdiyi məlum olub. Həmin şəxslə izahedici söhbətlər aparılıb və A.Seyidovun qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Onun barəsində Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »