Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
4730 manat dəyərində mərc kuponu yazdı, yoxa çıxdı…
4730 manat dəyərində mərc kuponu yazdı, yoxa çıxdı…

Qarabağ döyüşçüsü Mürsəlov Namaz Vaqif oğlu tərəfindən rəsmi Instagram hesabımız vasitəsilə müraciət daxil olub. O, bildirir ki, işlədiyi “Topaz” mərc oyunları agentində müştəri 4730 manat dəyərində mərc kuponu yazdırıb, lakin pulu ödəmədən qaçıb.

“Hadisə 27.09.2021 tarixində Nəsimi rayon 20 yanvar küçəsində yerləşən “Topaz” mərc oyunları agentində baş verib. Kuponu yazdırdı sonra bəhanə etdi ki, pulu maşından götürüb gəlir. Arxasınca çıxdım, lakin qaçıb yoxa çıxdı.

Digər Topaz agentləri həmin şəxsi tanıyır və deyirlər ki, Tovuz rayon Böyük Qışlaq kəndindəndir. Adını isə hamıya Ramal olaraq tanıdıb.

Faktla bağlı 102 xidmətinə xəbər verilib”.

Məsələ ilə bağlı DİN-dən Bizimyol.info saytına açıqlama verilərək bildirilib ki, vətəndaşın müraciəti nəzarətə götürülüb və araşdırma aparılacaq. Nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcək.

Redaksiyadan vacib qeyd: Bütün növ mərc oyunları qumar sayılır. Belə oyunlarda epizodik uduşlar mümkün olsa da, uzunmüddətli aludəçilik halında müflisləşmə qaçılmazdır. Belə oyunlara aludə olan şəxslərin əksəriyyəti tez-gec müflisləşir, pul əldə etmək üçün cinayət yollarına əl atmalı olur və ya intihar həddinə çatırlar.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »