Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özbəkistanda sakinləri rus dilindən imtinaya çağırırlar
Özbəkistanda sakinləri rus dilindən imtinaya çağırırlar

Orta Asiya dövlətlərində rus dili ilə bağlı qalmaqallar səngimir. Qazaxıstanda, Qırğızıstanda səs-küyə səbəb olmuş hadisələr baş vermişdi. Bunun ardınca dalğa Özbəkistana keçmişdi. Yeni qalmaqalda da bu ölkənin adı çəkilir.

Bizimyol.info xəbər verir ki, Özbəkistanın Daşkənd vilayətindəki Çirçik şəhərində sakinləri rus dilindən imtinaya çağırırlar. Müxtəlif dövlət orqanlarında təbliğat lövhələri quraşdırılıb. Burada məmurlardan, büdcədən maliyyələşən təşkilatların əməkdaşlarından mümkün qədər özbək dilində danışmaq xahiş olunur.

Çirçik şəhər administrasiyası məsələyə rəsmi münasibət bildirib. Açıqlamada yalnız xoş niyyət güdüldüyü qeyd olunub. Şəhər administrasiyası dövlət dilinin təbliğinin və dəstəklənməsinin vacibliyini vurğulayıb.

Təbliğat lövhələri təkcə dövlət müəssisələrində quraşdırılmayıb. Bir çox məktəblərdə, mağazalarda, ictimai nəqliyyatda da uyğun ifadələr yazılıb. Həmin lövhələrdə sadə insanların işlətdiyi rus sözlərinin özbəkcə qarşılığı qeyd edilir. Bundan başqa, ana dilində danışmağın vacibliyi yazılır.

Qazaxıstanda dil haqqında qanunun qəbulu ölkədə milliyyətçiləri fəallaşmasına səbəb olmuşdu. Onlar rusca danışanlara dözümsüz yanaşmağa başlamışdı. Ayrı-ayrı dəstələr dövlət orqanlarına gələrək hamının qazaxca danışıb-danışmadığını yoxlamağa çalışırdı. Sosial şəbəkələrdə yayılan videoların birində qazaxları aşağılayan rus qadının üzr istədiyi görünürdü. Həmin qadını Aktau şəhərinin əsasını rusların qoymasını deməyə peşman etmişdilər. Sonradan Rusiyanın təzyiqinə görə dəstənin rəbəri həbs olunmuşdu.

Az sonra Qırğızıstanda rus uşaq döyülmüşdü. Özbəkistanda da bənzər hadisə baş vermişdi. Uşağın nənəsinin iddiasına görə, ona zərbə endirənlər “urus” ifadəsi işlədirmiş. Davaya valideynlər də qarışmışdı. Axırda nənəyə “Çıxıb gedin Rusiyaya” demişdilər.

Baş verənlər Rusiyanı özündən çıxarır. Kreml Orta Asiya dövlətlərindən günahkarları cəzalandırmağı tələb edir. Hələlik yalnız Qazaxıstanda tələblərdən biri yerinə yetirilib. Əksər hallarda türksoylu dövlətlər Rusiyanın nazı ilə oynamaq istəmir. Ümumiyyətlə, hiss olunan odur ki, bu ölkələr böyük ölçüdə rus dilindən imtina etmək arzusundadır.

Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
Son xəbərlər
Bütün xəbərlər »