Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naxçıvanda baytarlıq xidmətinin necə göstəriləcəyi müəyyənləşib
Naxçıvanda baytarlıq xidmətinin necə göstəriləcəyi müəyyənləşib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 4-də "Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmanla xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslər və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər (bundan sonra - baytarlıq subyektləri) arasında müqavilə bağlanması yolu ilə həyata keçirməlidirlər.

Nazirlər Kabineti xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin siyahısını Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin təklifləri əsasında təsdiq etməli, sahə baytarlıq məntəqələrinin inzibati binalarının və digər dövlət əmlakının müqavilə bağlayan baytarlıq subyektlərinə icarəyə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin təklifləri əsasında müvafiq tədbirlər görməlidir.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »