Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sosial şəbəkələr Azərbaycanda vergi ödəməli olacaq”
“Sosial şəbəkələr Azərbaycanda vergi ödəməli olacaq”

Vaxtaşırı olaraq, Azərbaycanda iri sosial şəbəkələrin nümayəndələrinin açılacağı barədə məlumatlar yayılır.

Uzun müddətdir ki, hökumət rəsmiləri səviyyəsində sosial şəbəkələrin Azərbaycanda rəsmi qeydiyyatdan keçməsi və vergi ödəməsi barədə müzakirələr gedir.

Ən əsası isə bu platformaların Azərbaycanda reklamdan qazanılan pullara görə vergi verməməsi diqqəti çəkir.

Bu nə dərəcədə mümkündür? Və Azərbaycan sosial şəbəkələri vergi ödəməyə məcbur edə bilərmi?

Bizimyol.info saytına bu haqda danışan iqtisadçı-alim, Milli Məclisin deputatı Vahid Əhmədov hesab edir ki, əgər hansısa şirkət Azərbaycan auditoriyası üçün reklamdan pul qazanırsa, bu puldan dövlət büdcəsinə pul getməlidir.

Vahid Əhmədov - Deputat Vahid Əhmədov

“Müxtəlif şirkətlər və fiziki şəxslər sosial şəbəkələrdə reklama pul qoyur, bu pullar isə gedir xarici ölkədə oturan bir şirkətin hesabına. Gərək elə bir mexanizm hazırlansın ki, bu şirkətlər Azərbaycandan qazanılan pullara görə Azərbaycana da vergi ödəsinlər”, - deyə deputat bildirib.

“Onları necə məcbur edəcəyik?” sualına deputat belə cavab verib: “Vergi ödəmək istəməyən Azərbaycanda işləməyəcək”.

İnternet eksperti Osman Gündüz də hesab edir ki, sosial şəbəkələrin fəaliyyətində bu məqam hər zaman müzakirələrə səbəb olur: “Elə böyük məbləğ olmasa da, Azərbaycanda da reklama yetərincə pul ödənilir və daha çox reklam da məhz sosial şəbəkələrdə verilir. Bunun üçün müəyyən addımlar atılmalıdır və düşünürəm ki, realdır”.

Onun sözlərinə görə, Azərbaycan kiçik ölkə olduğuna görə, internet nəhəngi sayılan şirkətlər Azərbaycanda nümayəndəlik açmağa elə də həvəs göstərmirlər.

“Lakin Xəzər dənizi vasitəsilə, Bakı-Türkmənbaşı və Bakı-Aktau istiqamətində sualtı, fiberoptik kabellərin çəkilməsi planlaşdırılır. Pandemiyaya görə, bu işlər ləngidi. Lakin düşünürəm, yaxın gələcəkdə işlər sürətlənəcək. Daha sonra isə Bakıda böyük bir Data Mərkəzinin açılması gözlənilir. Belə olsa, Azərbaycan regional qovşağa dönəcək. Və təbii olaraq, internet nəhəngləri Bakıda nümayəndəlik açmağa, serverlər yerləşdirməyə maraqlı olacaqlar”, - deyə Osman Gündüz əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »