Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev: "Bizə dost, qonşu olan Rusiya və Türkiyə Azərbaycana xoş münasibət bəsləyir, Azərbaycan da onlara eyni münasibəti bəsləyir"
İlham Əliyev: "Bizə dost, qonşu olan Rusiya və Türkiyə Azərbaycana xoş münasibət bəsləyir, Azərbaycan da onlara eyni münasibəti bəsləyir"

Bu gün Cəbrayıl rayonunun inkişafı ilə bağlı çox önəmli gündür. Çünki bu gün artıq bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası zamanı və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər, ilk növbədə, təhlükəsizliklə bağlı tədbirlər öz həllini tapacaq.

"Report" xəbər verir ki, bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı qeyd edib ki, bu gün Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı oldu. Araz vadisi iqtisadi zonasının təməli qoyuldu, artıq ilkin maliyyə vəsaiti ayrıldı, ilkin investorlar da müəyyən olundu. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıb. Həmçinin Türkiyə şirkətləri də Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlayıblar. Bizə dost, qonşu olan iki ölkə Azərbaycana bu cür münasibət bəsləyir, Azərbaycan da onlara eyni xoş münasibət bəsləyir.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »