Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyan İlham Əliyevlə görüş niyyətində səmimidirsə, populizmi bir kənara qoymalıdır”
“Paşinyan İlham Əliyevlə görüş niyyətində səmimidirsə, populizmi bir kənara qoymalıdır”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə üçüncü ölkədə görüşüb danışmağa hazırdır.

Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Litvanın baş naziri İnqrida Şimonite ilə keçirdiyi brifinqdə bildirib: “Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazır olduğumuzu bildirdik. Məncə, bunun üçün lazım olan şəraiti yaratmaqla başlamaq lazımdır. Məhbusların, girovların və digər məhbusların tezliklə geri qaytarılması çox vacib bir məsələdir. Azərbaycan Prezidenti ilə mümkün görüş ərəfəsində, Azərbaycan Prezidentinin hərbi əsirlər gətirəcəyinə ümid etdiyimi bildirərək, humanitar təhlükə yaradan və Ermənistan üçün heç bir təhlükəsizlik funksiyası olmayan bütün kartları özümlə aparmağa hazıram”.

​Belə anlaşılır ki, danışıqlar üçün müəyyən “tərpəniş” var. Amma bu, əsirlər və xəritələr mübadiləsindən sonra da davam edə bilərmi? Ermənistan hakimiyyəti Azərbaycanla sülh prosesinə başlamağa nə dərəcədə hazırdır? Və ən əsası, Nikol Paşinyan bu siyasi iradəni özündə tapacaqmı?

Gülsel Səfərova Gülsel Səfərova

Mövzu ilə bağlı Bizimyol.info saytına danışan siyasi analitik Gülsel Səfərova bildirib ki, Ermənistanın baş naziri növbəti dəfə publikaya işləməyə çalışıb: “O, yenə də “əsirlərlə” bağlı şərtlər irəli sürüb. Paşinyan bir şeyi unudur ki, Azərbaycanın əlində əsirlər qalmayıb, hazırda sözügedən şəxslər üçtərəfli bəyanatdan sonra diversantlıq edən şəxslərdir. Onlara isə əsirlərlə bağlı hər hansı beynəlxalq konvensiya şamil oluna bilməz. Əgər hətta Paşinyan bunu dərk edir və sadəcə məqsədi Ermənistan cəmiyyətində xal qazanmaqdırsa, o zaman ritorikasına diqqət etməlidir. Ermənistan hakimiyyətinin bundan əvvəl verdiyi xəritələrin necə “dəqiq” olması məlumdur. Bundan sonra veriləcək xəritələrin nə dərəcədə dəqiq olması isə sual məsələsidir. Və ən əsası, Ermənistan hökuməti Azərbaycana qarşı hansısa şərt sürəcək vəziyyətdə deyil”.

Siyasi analitik vurğulayıb ki, bundan əvvəl 27 il ərzində Azərbaycan danışıqlara gedib və məsələnin ərazi bütövlüyü çərçivəsində həllinə çalışıb: “Lakin biz hamımız şahid olduq ki, danışıqların son fazasında Ermənistan danışıqları tərk etdi və Paşinyan Azərbaycana bir qarış da torpaq qaytarmayacağını bəyan etdi. Ermənistan hökuməti Azərbaycanı nə qədər ittiham etsə də, bir çox xarici ekspertlər, eləcə də erməni ekspertlərin özləri də etiraf edirlər ki, müharibə üçün bütün “münbit” şərtləri Paşinyanın ritorikası və Azərbaycana qarşı təxribatlar yaratdı. Hazırda danışıqların hansı istiqamətdə və nə qədər davam edəcəyi də, məhz Ermənistanın qətiyyətsiz və dəyişkən addımlarına görə, sual altındadır. Lakin bir şey aydındır ki, Azərbaycan və Türkiyə sülhə köklənib, status məsələsi isə heç cür mümkün deyil. Əgər Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyasını istəyirsə, hər gün minlərlə insanın tərk etdiyi Ermənistanı dirçəltmək istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa, habelə, Zəngəzur dəhlizini açmağa doğru konkret addımlar atmalıdır. Yəni, o, İlham Əliyevlə görüş niyyətində səmimidirsə, populizmi bir kənara qoymalıdır”.

G.Səfərova əlavə edib ki, Nikol Paşinyaın danışıqlar masasında stabil tərəf müqabili kimi iştirakına inanmır.

“Bəli, bu danışıqlar müəyyən dərəcədə regiondakı gərginliyi azalda bilər. Lakin Paşinyan müstəqil söz sahibi deyil və xarici qüvvələrin bölgədə belə asan sülh əldə olunmasna tamaşaçı qalacağını da demək çətindir. Paşinyan öz ritorikasını həmçinin xaricdəki Ermənistan diasporu və daxildəki revanşist dairələri nəzərə alaraq qurur. Həmin dairələr Ermənistan xalqının sosial-iqtisadi durumunu dirçəltmək haqqında o qədər ciddi düşünmürlər”, - deyə siyasi analitik əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »