Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Rusiyadan 4 adanı tələb edir
Yaponiya Rusiyadan 4 adanı tələb edir

Yaponiyanın Xarici İşlər naziri olmuş Fumio Kisida Yaponiyanın yeni Baş naziri oldu. Siyasətçi hakim Liberal Demokrat Partiyasının sədri seçiləndə hadisələrin məhz belə axar alacağı gözlənilirdi.

Bizimyol.info xəbər verir ki, Kisidanın mümkün siyasəti Yaponiyada çox müzakirə olunur. Keçmiş Xarici İşlər naziri buna qədər Sindzo Abenin dövründə onun kursunu dəstəklədiyini ifadə edirdi. Amma siyasi şərhçilərin yeni hökumət rəhbərinin başqa cür davranacağını proqnozlaşdırır. Kisidanın sərt olacağı güman edilir. Yazılanlara görə, siyasətçi hökumət başına keçən kimi Rusiyadan 4 adanı almaq məsələsini gündəmə gətirəcək.

Kisida hələ partiya seçkiləri ərəfəsindəki debatlarda mövqeyini ortaya qoymuşdu. O, Kuril adaları silsiləsindəki 4 ada ilə bağlı fikrini bildirmişdi. Kisida Abenin dediyi kimi, təkcə 2 ada ilə kifayətlənməli olmadıqlarını söyləmişdi.

Söhbət Cənubi Kuril sırasındakı 4 adadan gedir. Yaponiya Rusiyanın Şikotan və Habomai adalar qrupuna daxil olan torpaq ərazilərini qaytarmalı olduğunu düşünür. 1956-cı il sovet-yapon deklarasiyasına görə, həmin adalar Şərq ölkəsinə geri verilməlidir. Yaponiyanın tarixi torpaqları İkinci Dünya Müharibəsindən sonra SSRİ-nin nəzarətinə keçib. Sovet İttifaqı məsuliyyətdən uzun illər yayınıb. Rusiya isə prosesi mümkün qədər yubadır.

Rusiya mətbuatında Kisida açıq tənqid olunur. Onu ABŞ-a yaxın siyasət yürütməkdə ittiham edirlər.

Kisida Yaponiyanın müasir tarixində Xarici İşlər naziri vəzifəsində ən çox zaman keçirmiş siyasətçidir. O, Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda fəal iştirak edib. İndi Kisida mətbuatın bir çox suallarından yayınır. Yeni hökumət rəhbəri Abe və Putinin imzaladığı Sinqapur müqaviləsindən də danışmır. Kisida daha çox 1956-cı il deklarasiyasını xatırlatmağı xoşlayır.

Rusiya danışılanlara sərt münasibət göstərir. Kremlin Tokiodakı keçmiş səfiri Aleksandr Panov bildirib ki, ABŞ-ı yaxın siyasət rus-yapon münasibətlərinə yaxşı heç nə vəd etmir. Hərçənd, Abenin cəhdlərinə baxmayaraq, münasibətlərdə çox istilik hiss olunmurdu. Kisidanın Baş nazir postuna gəlişi vəziyyəti daha da gərginləşdirəcək.

Bizimyol.info

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »