Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail səfirliyi bağlansınmı?!
İsrail səfirliyi bağlansınmı?!

İndi Azərbaycanın içərisində bir çox səslər çıxır ki, İsrail səfirliyi bağlansın və sair. “Azərbaycan İsraildən silah almasın” deyənlər də var. Buna konkret cavab (ünvan da) verildi: “İsrailin Ermənistanda da səfirliyi var”. Başqa ölkələrdə də var. İranın, tutaq ki, Venesuela ilə çox yaxın əlaqələri məlumdur. Orda İsrail səfirliyi yoxdur?!

Deyiləcək ki, Venesuela uzaqdadır. Azərbaycan isə İranla sərhəddədir. Ona görə narahat olublar və təlim dalınca təlim keçirirlər.

Yaxşı, sən məni təhdid etmək üçün gecə-gündüz sərhədlərimə raket daşı, Bakını bombalamaqla hədələ, “ölkənizi dağıdaram de”, sərhədlərimizi pozub, Xankəndinə mənşəyi məlum olmayan yüklər daşı, bizə silah qaldıranları barındır, biz də İsraildən Arrow-3 hava hücumundan müdafiə sistemini almayaq, eləmi?! Sən bizi raket hücumu ilə hədələyərkən, indi neynəyək ki, sənin raketlərindən ən yaxşı müdafiə sistemləri Amerikanın Boeing şirkətinin köməyi ilə İsraildə hazırlanır...

Qonşularımız olan bəzi dövlət(lər) nəinki ərazilərimizi işğal etməyə, hətta varlığımıza (bir-birinin köməyi ilə) son qoymağa qalxışmasaydı, bizə şimal, cənub, qərb sərhədlərimizdən, eləcə də, şərqdən - dənizdən təhlükələr olmasaydı, nəyimizə lazım idi ki, bu Arrow-3, yaxud Harop...?

Atalarımız deyib: “Qonşu qonşu olsa, bağ çəpəri neynəyir?!”

Biz, qonşusu ilə sərhədi bir kafenin ortasından keçən və o sərhəd də, sadəcə, sarı boya ilə döşəməyə çəkilmiş bir xətdən ibarət olan İsveçrə deyilik axı. Bizi düşmən seçənlərə qarşılıq biz də özümüzə dost, müttəfiq, tərəfdaş seçə bilmərikmi?! Özümüzü qorumaq üçün silah almağa bizi kim vadar edib və edir?! Göz qabağındadır.

Bilirsiniz, məsələ nədir?! Azərbaycan öz torpaqlarını işğaldan azad edib və ora xarici investorları çağırır. Amerikadan, Britaniyadan, Türkiyədən, Rusiyadan, Avropa İttifaqından, Çindən... şirkətlər gəlir bölgəyə. İsrail də onlardan biri.

İranınkılar da gəlsin. Gələcəklər də.

İsrail şirkəti italyanlarla birlikdə Zəngilanda camış saxlayacaqsa, tutaq ki, Səudiyyə Cəbrayılda qoyun bəsləyəcəksə, sən də gəl, Laçında keçi otar. Kim nə deyir ki?!

Amma, yox! Söhbət mal-qara söhbəti deyil. Nəqliyyat dəhlizidir. İran Zəngəzuru hələ 44 günlük müharibə zamanı özünün “qırmızı xətti” adlandırdı. Onu o mənada başa düşmək olar ki, Ermənistan özünü blokadadan çıxarıb, İranın blokadaya düşməsinə səbəb ola bilər deyə narahatdır cənubdakı qonşumuz.

Bu da yenə nahaq yerə! İran blokadaya niyə düşsün ki?! Türkiyə Prezidentinin təklifi var: “3+3” əməkdaşlıq formatı. Cənub qonşumuz bizi silahla təhdid etməyə sərf elədiyi vaxtı və enerjini yönəltsin Ermənistana tərəf. Onu bu formata – Azərbaycanla sülhə sövq etsin, qonşulara qarşı ərazi iddialarından əl çəkməyə çağırsın, dəhlizi açmaq üçün təsir etsin. Özü də blokadaya düşməsin, Ermənistan da özü özünü saldığı blokadadan çıxsın.

Bu qədər sadə!

Yoxsa nəyə lazım o təlimlərə bunca zaman sərf etmək, siyasi resurs, insan resursu yönəltmək, maliyyə... xərcləmək. Dəyərmi yəni?! Onsuz da atdığın raket qayıdıb özünə dəyirsə...

Bir də ki Azərbaycan (təbii ki, Türkiyə ilə birlikdə) bir şeyi deyibsə, eləyəcək.

Kimsə demişdi ki, “çaxır içməklə torpağı almaq olmaz”. Qanımızı içənlərdən elə onların öz çaxırını içə-içə söküb geri aldıq o torpaqları! Kim görə bilməsə də, o sözü deyən həmin “kimsə” özü bir transsərhəd çayının sahili... qədər yaxındaydı, gözləri ilə gördü.

Bu da bir yana. İndi Amerikadan Çinə, Britaniyadan Türküstana, Avropa İttifaqından Rusiyaya, Pakistandan İsrailə qədər bir çox dünya güclərinin marağında olduğu bir layihəni dayandırmağa gücün yoxdursa, nə təhdid sovurmaqdı ki bunlar?! Bakı-Ceyhanın da əleyhinə təhdidlər eşitmişdik. “Xəzər neftinə Amerika şirkətləri yaxın buraxılmasın” deyənlərin özləri də sonda gəlib o konsorsuima qoşulmadılarmı?! İndi də onun kimi...

P.S. Əminəm ki, bu yaşananlar da keçəcək. Unudulmasa da, keçib gedəcək. Azərbaycan kimi İran da bölgənin əsas dövlətlərindən biri kimi iqtisadi meqalayihələrdə iştirak edəcək. İrandakı xalqlarla münasibətlərə gəlincə, onların çoxu ilə onsuz da qardaşıq. Qalanları ilə də dostuq; o xalqların da Azərbaycanda qohumları var. Bizi təkcə “iqtisadi arifmetika” birləşdirmir axı. Tarix, ədəbiyyat, mədəniyyət, coğrafiya... birləşdirir. Hətta, dediyim kimi, İran cəmiyyətinin yarısından çoxu ilə etnik vəhdətimiz var... İndi bir camış fermasına görə bir-birimizə güllə atan deyilik ki!

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »