Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni pandemiya ehtimalı barədə xəbərdarlıq
Yeni pandemiya ehtimalı barədə xəbərdarlıq

Avstraliyalı araşdırmaçı jurnalsit Şarri Markson COVID-19 pandemiyası ilə bağlı və Çinin yaşanılanları ört-basdır etmə cəhdləri ilə bağlı yazdığı kitabda yeni bir pandemiyanın ola biləcəyi xəbərdarlığını verib. Bu barədə Şarri Markson KİV-ə də açıqlama verib. O bildirib ki, Çində viruslarla bağlı işlər, araşdırmalar davam edir.

The Sun qəzetinin məlumatına görə, Çin təhlükəli "Frankenvirus" araşdırmaları aparır və bu vəziyyət yeni bir pandemiyaya səbəb ola bilər. "Uhanda Həqiqətən nə baş verdi?" adlı kitab yazan Markson, COVID-19 pandemiyasının Uhan Viroloji İstitutunda ortaya çıxdığına dair sübutlarının olduğunu qeyd edib. "The Sun"- qəzetinə açıqlamasında Markson bildirib ki, "Çin rəhbərliyi bu qalmaqalı gizlətməyə çalışdı. Bu sadəcə olaraq 4,7 milyon insanın həyatına bahasına başa gəlmədi. Hamımızın həyatına təsir etdi. Uşaqlar məktəbə gedə bilmədi, istehsal dayandı. Hər şey alt-üst oldu".

Çin labaratoriyalarında hələ də bioloji araşdırmaların aparıldığını qeyd edən Markson əlavə edib ki, başqa pandemiyaların qarşısını almaq üçün bu pandemiyanın hardan gəldiyini öyrənmək lazımdır. O, bildirirb ki, bu gün Çində, Avstraliyada, İngiltərədə və ABŞ laboratoriyalarında standartlardan aşağı səviyyədə bioloji araşdırmalar aparılır.

Xatırladaq ki, yeni koronavirus növü COVID-19 2019-cu ilin sonlarında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Bu günə qədər bütün dünyada 235,769,742 koronavirus faktı qeydə alınıb. 4,817,307 nəfər dünyasını dəyişib. Virusa qarşı bir neçə peyvənd, Moderna, Sputnik-V, BionTHec, Coronvac və s. yaradılsa, hələ ki, virusa yoluxma hallarını nəzarət altına almaq mümkün deyil.

Qeyd edək ki, virus ilk yayılan zamanlarda bu virusun yarasalardan keçdiyi bildirilsə də, sonradan süni şəkildə yayıldığı iddia edilirdi.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »