Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev sülh müqaviləsinin konturlarını cızdı
İlham Əliyev sülh müqaviləsinin konturlarını cızdı

Azərbaycanın dövlət rəhbəri İlham Əliyev son bir neçə gündə xarici mediaya artıq sayca 4-cü müsahibəsini verib. Bu, 44 günlük Vətən Müharibəsinin başlanmasının birinci ildönümü ilə bağlıdır. Əvvəlcə Rusiyanın “Nasionalnaya oborona” jurnaalının baş redaktoruna geniş müsahibə vermişdi. Sonra Türkiyənin “Anadolu” Agentliyinin müxbirinə danışdı. Ardınca Fransanın “France-24” televiziya kanalının aparıcısının suallarını cavablandırdı. Bu dəfə isə İspaniyanın EFE agentliyini maraqlandırann mövzulara aydınlıq gətirib.

Bu müsahibələrdən görünür ki, dünyanın “hər iki tərəfi” İlham Əliyevin mövqeyi ilə maraqlanır. Azərbaycanın, xüsusilə, Qarabağdakı 44 günlük müharibədən sonrakı mövqeyi bütün dünyanı maraqlandırır. Çünki ən azı bölgənin geosiyasi xəritəsi dəyişdi. Cənubi Qafqazda, ümumiyyətlə, Türkiyə və Rusiyanın da aktiv rol almaları ilə bütün Qafqazda yeni qüvvələr nisbəti yarandı. Son Rusiya-Türkiyə zirvəsi də göstərdi ki, artıq regional dövlətdən bir dünya gücünə çevrilmiş Türkiyə bir dünya gücü olan Rusiya ilə Qafqazda maraqlarını uzlaşdıma nöqtələri axtarırlar. Eyni zamanda Azərbaycan bu uzlaşmadan etkilənən dövlətdir. Üstəlik bu uzlaşma axtarışlarında əsas aktorlardan, faktorlardan birinə çevrilib. Bu da yaranmış yeni vəziyyətin təhlilini İlham Əliyevin dilindən eşitmək istəyən xarici, qlobal media quruluşlarını hərəkətə gətirib. Eyni zamanda belə görünür ki, nüfuzlu beynəlxalq media orqanları ilə bu cür geniş formatda təmaslar Azərbaycanın diplomatiyasının yeni, maraqlı tərzinə çevrilib.

Bütün bu müsahibələrdə İlham Əliyev xeyli yeni şeylər deyib. Ancaq ümumən təhlilini aparsaq, belə bir ən əsas nəticə çıxır ki, dövlət başçısı Azərbaycanın əldə etdiyi nəticələrin müqavilə yolu ilə hüquqi rəsmiləşdirilmsinə çalışır. Buna nə qədər nail olacaq – hələ bilinmir. Hələlik nail ola bilməyib.

EFE agentliyinə sob müsahibədə isə Prezident Əliyev, faktik olaraq, Ermənistanla qalıcı barışığın konturlarını açıqladı. Bunu “şərtlər” adlandırmazdım. Çünki indi sadalayacağımız həmin mümkün müddəalar İlham Əliyevin və ya onun ölkəsinin özəl şərtləri deyil, regionda qalıcı sülhün, möhkəm sabitliyin və etibarlı təhlükəsizliyin əsas şərtləridir. Yəni subyektiv deyil, obyektiv şərtlərdir.

Azərbaycanın Ermənistanla yekun barış üçün əsas şərtləri bunlardır: birincisi, hər iki dövlət bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanısın (Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır. Bunu Ermənistan haqqında demək olmaz - ən azı Türkiyə və Pakistan kimi iki mühüm dövlət Ermənistanı tanımır. Azərbaycanın ərazi bütövlüyünü isə bir tək Ermənistan tanımır). İkincisi, İlham Əliyev təklif, daha doğrusu, israrla tələb edir ki, iki ölkə arasında sərhədlərin delimitasıyası, daha sonra demarkasiyası haqqında razılığa gəlinsin. Çünki barışmaq üçün, ən azı hər iki dövlt bir-birini tanımalı, ərazilərinin başladığı və bityi yeri müəyyənləşdirib, qəbul etməlidir. Və nəhaqət, üçüncüsü, Ernənstanla Azərbaycan arasında sülh danışıqları başlanmalı, sülh müqaviləsi üzərində birgə iş aparılmasına start verilməlidir.

Bunları Azərbaycan tərəfi Ermənstana təklif edib. Ancaq Ermənistan ya qəbul etmək istəmir, ya da edə bilmir. Hər halda heç bir cavab verilməyib. Rəsmi İrəvanın bu susqunluğunu da Prezident Əliyev Ermənistan siyasətindəki revanşist qüvvələrin prosesə mane olması kimi qiymətləndirir. İlham Əliyev açıq şəkidə mesaj verir ki, əgər Ermənistan bu təklifləri qəbul etmirsə, deməli, revanşa hazırlaşır. Sülhü qəbul etmirsə, yeni müharibə qəflətindədir. Ona görə də bundan əvvəl “France-24” kanalının, indi isə EFE agentliyinin Paşinyanla görüş haqqında sualına birmənalı cavab verib: Nə zaman Nikol Paşinyan hazır olsa, o zaman da görüşmək olar. Yəni görüşmək üçün əsas mövzular var, Ermənistan bunları qəbul etsin, ondanm sonra baxmaq olar. Beləliklə, İlham Əliyev topu bu dəfə də təbii və haqlı olaraq Ermənistanın meydançasına atıb. Bu, “siyasi” topdur. Ermənstan revanşa qalxarsa, başqa toplar atıla bilər. Bunu daha əvvəl də ifadə edib. Və bir daha və qətiyyətlə deyir: Ermənistanın “Dağlıq Qarabağ” adlandırdığı “status” haqqında söhbət gedə bilməz. Yəni Azərbaycan yuxarıda sadalanan konturlardan kənarda sülhü təsəvvür də etmir, qəbul da etməz.

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »