Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış teleaparıcıdan özəl televiziyalarla bağlı sərt sözlər
Tanınmış teleaparıcıdan özəl televiziyalarla bağlı sərt sözlər

Turan İbrahimov Space Televiziyasından ayrıldı.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı tanınmış teleaparıcı özü məlumat verib. O bildirib ki, yeni rəhbərliyin təkidli xahişlərinə baxmayaraq, bu mövsüm Space TV-də olmamaq qərarı verib.

“Televiziya mənim üçün hər zaman ikinci iş yeri və hobbi olub. 4-5 il öncəyə qədər mənim üçün ikinci iş kimi sərfəli idi, həm də həvəsim vardı. Hazırda isə , bir daha deyim, TV-yə həvəsim qalmayıb”.

Tanınmış teleaparıcının sözlərinə görə, özəl televiziyalar, əksəriyyət peşəkarlar üçün ciddi iş yeri olma özəlliyini itirib.

“Gələcək nə gətirəcək bilmirəm. Amma bu dəqiqə tamam başqa əhvalda və tam başqa gözləntilərdəyəm.

Hazırda əsas hədəfim öz işlərimi böyütmək, PR, Media və kommunikasiya mütəxəsisi kimi şirkətlərlə əməkdaşlığımı genişləndirməkdir”,- deyə Turan İbrahimov qeyd edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »