Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimdən xəbərdarlıq: Korona qədər təhlükəli qrip epidemiyası gəlir
Həkimdən xəbərdarlıq: Korona qədər təhlükəli qrip epidemiyası gəlir

Türk professor, havanın soyuması və məktəblərin açılması ilə cəmiyyətdə qripə yoluxma nisbətinin artacağını bildirib.

Bizimyol.info xəbər verir ki, həkim Füsun Eyüpoğlu üç riskli qrupa diqqət çəkib və risk qruplarında qrip infeksiyasına həssaslığın artacağını, xəstəliyin klinik gedişatının daha ağır ola biləcəyini söyləyib.

Həkim bildirib ki, hamilə qadınlar, 5 yaşınadək uşaqlar və 65 yaşdan yuxarı vətəndaşlar daha diqqətli olmalıdırlar.

"Sətəlcəm, tənəffüs çatışmazlığı, nevroloji və ürək komplikasiyaları inkişaf edə və ölümə səbəb ola bilər.

5 yaşın altında olan uşaqlar (xüsusilə 6 aydan 2 yaşa qədər) və 65 yaşın üzərindəki böyüklər, hamilə qadınlar oktyabr -may ayları arasında ən riskli qrupdur”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »