Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhəmməd peyğəmbərin karikaturasını çəkən rəssam qəzada ölüb
Məhəmməd peyğəmbərin karikaturasını çəkən rəssam qəzada ölüb

İsveçdə Məhəmməd peyğəmbərin karikaturasını çəkən rəssam Lars Vilks yol qəzasında ölüb.

Bizimyol.info xəbər verir ki, bu barədə "RİA novosti" məlumat yayıb.

Bildirilir ki, rəssamın və onu qoruyan iki polisin olduğu minik maşını ilə yük maşınının toqquşması nəticəsində onların hər üçü ölüb. Qəza nəticəsində avtomobillər yanıb.

Yerli polis baş verənlərin qəsd ola biləcəyi iddialarını rədd edib.

Regional polis rəisi Karina Persson, himayədə olan bir adam və iki həmkarının ölümünə səbəb olan hadisədən çox kədərləndiyini deyib.

İsveç mediası, 2007 -ci ildə Məhəmməd peyğəmbərin karikaturası ölkə mətbuatında nəşr olunduqdan sonra Lars Vilks haqqında yazmağa başladı. Bu nəşrdən sonra Lars Vilksə təhdidlər gəlməyə başlayıb və o, polis nəzarətinə götürülüb.

Bizimyol.info

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »