Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrakli Qaribaşvili: “Saakaşvili ölkədə iğtişaşlar yaratmaq istəyirdi”
İrakli Qaribaşvili: “Saakaşvili ölkədə iğtişaşlar yaratmaq istəyirdi”

“Saakaşvili və onun komandası Gürcüstanda bir neçə müxalifət liderinin qətlini müzakirə ediblər. Məqsəd ölkədə iğtişaşlar yaratmaq və hakimiyyəti ittiham etmək idi”.

“Report” xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib.

Onun sözlərinə görə, keçmiş prezidentin oktyabrın 3-də Tbilisidə kütləvi aksiyaya getmək, polisi ora cəlb etmək və hökuməti müxalifətçilərin qətlində təqsirləndirmək planı vardı: “Bu, bizim xüsusi xidmət orqanlarının məlumatıdır. Hakimiyyətin delegitimləşdirilməsi onların planlarının bir versiyası idi. Dünyaya göstərmək istəyirdilər ki, guya Gürcüstanda müxalifət lierlərini qətlə yetirirlər, o zaman onlar hökumətin istefasını və növbədənkənar seçkilərin təyin olunmasını tələb edəcəkdilər”.

İ.Qaribaşvili qeyd edib ki, Vahid Milli Hərəkat Partiyasında həmin planla bağlı yekdil fikir olmayıb və partiya sədri Nika Meliya hadisələrin bu cür inkişafı ilə razı deyildi.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, Rustavi şəhərində cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Bu gün siyasətçiyə qarşı Gürcüstan sərhədini qanunsuz keçməklə bağlı ittiham irəli sürülüb.

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »