Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dənizkənarı Milli Parkın bir hissəsinə giriş qadağan olunacaq
Bakıda keçiriləcək Formula-1 yarışları ilə əlaqədar olaraq Dənizkənarı Milli Park ərazisinin bir hissəsinə giriş qadağan olunacaq.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA-ya bildirib ki, ümumi ərazisi 14 km olan Dənizkənarı Milli Parkın yalnız 3 km-dən bir qədər az – “köhnə bulvar” olan hissəsi bağlanacaq.

Onun sözlərinə görə, bu il də, keçən il olduğu kimi, Neftçilər prospekti boyunca olan bulvar hissəsi şəhər sakinləri, yarışa bileti olmayanlar və qonaqlar üçün bağlı olacaq. N.Məcidov qeyd edib ki, yarış günlərində Azneft meydanından Dəniz Vağzalına qədər olan bulvar ərazisi bağlanacaq: “Həmin əraziyə yalnız xüsusi buraxılışı olan insanlar daxil ola biləcək. Yarışlara bilet alan insanlar da həmin günlərdə bulvar ərazisinə daxil ola biləcək. Çünki biletlərin özü buraxılış hesab olunur. Onlar həmin ərazilərdə həm əylənə, həm dincələ, həm də yarışları izləyə biləcəklər".

N.Məcidov vurğulayıb ki, bulvarın digər hissələri - “Ağ şəhər bulvarı”, “Bayıl bulvarı” və parkın “Yeni bulvar” adlanan hissəsi 24 saat şəhər sakinlərinin və qonaqların üzünə açıqdır. Onun sözlərinə görə, bulvarın həmin hissələrində müəyyən əyləncə və istirahət yerləri olsa da, “köhnə bulvar” hissəsinə nisbətən azdır: “Bu qadağalar keçən il də olub. Yəqin ki, şəhər sakinlərinin müəyyən məlumatı var. Çünki belə qadağa tətbiq olunması ilk dəfə deyil. Bu da Formula-1 yarışlarının qaydalarına əsasən həyata keçirilir. Yarışların keçirildiyi günlərdə bulvarda çalışan əməkdaşlar üçün xüsusi buraxılış verilib. Parkın ərazisi gündə bir neçə dəfə təmizlənməlidir, bundan başqa, orada müəyyən kommunal xidmətlərlə məşğul olanlar, ağaclara, güllərə, kollara qulluq edənlər var. Ona görə də bulvar işçilərinə də Formula-1 təşkilatçıları tərəfindən xüsusi buraxılışlar verilib və onlar həmin müddətdə işləri ilə məşğul olacaqlar”.

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› Çörəyin bahalaşmasının qabağı indilik alındı, bəs sonra?
Son xəbərlər
Bütün xəbərlər »