Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ATƏT Gürcüstandakı seçkilər barədə məlumat yayıb
ATƏT Gürcüstandakı seçkilər barədə məlumat yayıb

Gürcüstanda yerli seçkilər cəmiyyətdəki siyasi böhran və qütbləşmə fonunda sakit keçib.

"Report" xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri Albert Conson bildirib.

"Seçkilər siyasi böhran və aydın qütbləşmə fonunda baş tutdu. Namizədlər ittihamlar və təhdidlər fonunda rəqabət mühitində iştirak edə bildilər", - Conson qeyd edib.

Onun sözlərinə görə, seçki məntəqələrində bəzi xoşagəlməz hallar olub.

Daha əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi seçki günü açılmış 16 cinayət işinin araşdırılması barədə məlumat yayıb.

Gürcüstan MSK-nın məlumatına görə, səslərin 99,92 %-i sayılıb, hakim "Gürcü Arzusu" partiyası yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə 46,5 %, keçmiş prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası 30,7 % səs yığıb.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »