Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstanda məscid yaxınlığında partlayışda ölənlərin sayı 12 nəfərə çatıb
Əfqanıstanda məscid yaxınlığında partlayışda ölənlərin sayı 12 nəfərə çatıb

Əfqanıstanın paytaxtı Kabildə İdgah məscidi yaxınlığında baş verən partlayış nəticəsində azı 12 nəfər ölüb, 32 nəfər yaralanıb.

Bu barədə "Al Jazeera" telekanalı xəbər verib.

Qeyd edildiyi kimi, hücumun hədəfləri "Taliban" liderləri və Əfqanıstanın müvəqqəti hökumətinin nazirləri, xüsusən də Müdafiə Nazirliyinin nümayəndələri olub.

16:52

Əfqanıstanın paytaxtı Kabildə İdgah məscidinin yaxınlığında törədilən güclü partlayış zamanı azı 8 dinc sakin həlak olub.

Bu barədə "Al Jazeera" telekanalı xəbər verib.

Qeyd edilir ki, partlayış nəticəsində həmçinin 20 nəfər xəsarət alıb.

Partlayış məsciddə "Taliban" hərəkatının nümayəndəsi Zabihullah Mücahidin anası ilə vida mərasimi zamanı törədilib.

Hadisədən sonra Kabildə ən böyük məscidlərdən birinin ərazisində "Taliban" və İŞİD-in bir qolu olan Xorasandakı İslam Dövləti yaraqlıları arasında atışma olub.

Qeyd edilir ki, əsas hədəf "Taliban" rəhbərliyi, onların təyin etdiyi məmurlar, xüsusən Müdafiə Nazirliyinin nümayəndələri olub.

16:13

Əfqanıstanın paytaxtı Kabildə İdgah məscidinin yaxınlığında baş verən güclü partlayış zamanı bir neçə dinc sakin həlak olub.

Bu barədə "Taliban" hərəkatının nümayəndəsi Zabihullah Mücahid bildirib.

"İdgah məscidinin girişi yaxınlığında baş verən partlayış zamanı bir neçə dinc sakin həlak olub", - "Taliban" nümayəndəsi tviterdə yazıb.

Daha əvvəl bildirilib ki, Kabildə İdgah məscidinin yaxınlığında güclü partlayış baş verib. Partlayış məsciddə "Taliban" hərəkatının nümayəndəsi Zabihullah Mücahidin anası ilə vida mərasimi zamanı törədilib.

Partlayışdan sonra Kabildə ən böyük məscidlərdən birinin ərazisində "Taliban" və İŞİD-in bir qolu olan Xorasandakı İslam Dövləti yaraqlıları arasında atışma olub.

16:00

Əfqanıstanın paytaxtı Kabildə İdgah məscidinin yaxınlığında güclü partlayış baş verib.

Bu barədə yerli "Kabul News" telekanalı məlumat yayıb.

Partlayış məsciddə "Taliban" hərəkatının nümayəndəsi Zabihullah Mücahidin anası ilə vida mərasimi keçirilən zaman baş verib.

Partlayışdan sonra Kabildə ən böyük məscidlərdən birinin ərazisində "Taliban" və İŞİD-in bir qolu olan Xorasandakı İslam Dövləti yaraqlıları arasında atışma olub.

Hələlik zərərçəkənlər və ya dağıntılar barədə məlumat verilmir. (Report.az)

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »