Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Müdafiə Nazirliyi: "Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik"
Türkiyə Müdafiə Nazirliyi: "Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik"

"Türk Silahlı Qüvvələri, Azərbaycan ordusuna dəstək vermək məqsədiylə, erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində mina axtarışı, minatəmizləmə, zərərsizləşdirmə və bu sahədə təlim fəaliyyətlərinə davam etməkdədir."

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuat məlumatlandırma iclasında Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Pınar Kara açıqlama verib:

“Türkiyə və Azərbaycan arasında ortaq fəaliyyətin təşkili, təlim planlaşdırılması, idarəetmə və icra əsasnamələrinin uyğun hala gətirilməsi məqsədiylə “Qardaş Tuqay” layihəsi başladılıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin heyətiylə birgə Türk Silahlı Qüvvələrinin tərkibində ortaq hazırlıq və təlim fəaliyyətləri davam etdirilməkdədir. Naxçıvanda 5-8 oktyabr tarixlərində Türkiyə və Azərbaycan nümayəndələrinin iştirakıyla “Sarsılmaz Qardaşlıq-2021” birgə təlimi baş tutacaq. Təlimin məqsədi, Türkiyə və Azərbaycanın Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirməkdir. "İki dövlət, tək millət!" anlayışıyla, kədərdə və sevincdə, bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində, bu günə qədər olduğumuz kimi bu gündən sonra da olmağa davam edəcəyik”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »