Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail İran-İraq müharibəsində Tehrana necə kömək etmişdi...
İsrail İran-İraq müharibəsində Tehrana necə kömək etmişdi...

Sosial şəbəkələrdə İran rəhbərliyinin “təhlükəsizliyində başqalarına güvənən ölkələrə” xəbərdarlıq xarakterli açıqlaması paylaşılıb.

Əlbəttə, bizim vətəndaşlara bu heç də xoş gəlmir. Aydın məsələdir ki, İran tərəfi öz daxili problemlərini həll etmək üçün yenə xarici düşmən axtarmağa başlayıb. Və Azərbaycanla münasibətləri normallaşdırmaq, dialoq masasına oturmaq əvəzinə, bu xarakterdə bəyanatlar yenə davam edir.

İrandakı siyasi dairələri ən çox narahat edən Azərbaycanın İsraillə əməkdaşlığıdır. Hələ Pakistan və Türkiyə ilə birgə təlimlərdən sonra bu narahatlıq öz zirvəsinə çatdı. Məlum məsələdir ki, Türkiyə ilə Suriyada, Pakistanla isə Əfqanıstanda “burun-buruna” gələn rəsmi Tehran bu dəfə şimal sərhədlərində özünə qarşı cəbhə açılmasından qorxur. Lakin açıq şəkildə işğalçıları və separatçıları dəstəkləyənlər öz əməllərinin cavabında nə gözləyirdi?

İsrail Azərbaycana silah satır. Amma satmaya da bilərdi, çünki Azərbaycanın puluna ehtiyacı yoxdur. Əlbəttə, maraqlarına uyğun gəlir deyə əməkdaşlıq edir. Necə ki, İran-İraq müharibəsində düz 8 il boyunca, hər il 500 milyon ABŞ dolları dəyərində silah, sursat, hətta F-4 təyyarələri üçün avadanlıqları İrana satırdı. İran şah dövründə ən çox ABŞ-dan silah almışdı. İslam inqilabından sonra ABŞ-la münasibətləri pozulan İran üçün artıq bu silah və texnikalar “metallom” olmuşdu. Birdəfəlik istifadə üçün nəzərdə tutulan şpris kimi. Lakin köməyə İsrail çatdı.

Əlbəttə, pula görə yox, neftə görə də yox. İraq artıq nüvə silahı əldə etməyə yaxınlaşırdı. SSRİ-nin o dövr üçün müasir sayılan bütün silahları İraq tərəfindən alınırdı. Həmçinin, Səddamın o zaman ABŞ-la da arası pis deyildi. İsrail qarşısında olan böyük təhdidə qarşı İrana​ dəstək olmaq üçün polkovnik Uri başda olmaqla bir qrup göndərdi. İsrailli zabitlər hətta İran pilotlarına uçmağı da öyrədirdilər. İran ordusuna İsrail tərəfindən kəşfiyyat məlumatlarının da ötürülməsi şübhə doğurmur. İraq aviasiyasının məhv edilməsi də İrandan çox İsrail HHQ-nin xidməti sayıla bilər.

İsrailin İrana yardımları faktdır. Bu faktı 1985-ci ildə Böyük Britaniyaya sığınan Məhəmməd-Reza Aminizadə də təsdiq edib və İsrail zabitlərini şəxsən müşayiət etdiyini deyib.

Belə bir halda, İran hakimiyyəti Azərbaycanı nədəsə ittiham edir... Heç nə, can sağlığı.

Rüfət Əhmədzadə Rüfət Əhmədzadə

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Elnur Əşrəfoğlu vəfat edib
››› İlham Əliyev Özdemir Bayraktarın vəfatı ilə əlaqədar Ərdoğana başsağlığı verib
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
Son xəbərlər
Bütün xəbərlər »