Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN Naxçıvan Sazişinin 12-ci ildönümü ilə bağlı paylaşım edib
Türkiyə XİN Naxçıvan Sazişinin 12-ci ildönümü ilə bağlı paylaşım edib

“Bu il noyabrın 12 -də İstanbulda keçiriləcək və Türk Şurasının inkişafı ilə bağlı əhəmiyyətli qərarların veriləcəyi 8-ci Zirvə toplantısının Türk Dünyasının birliyinin və həmrəyliyinin daha da möhkəmlənməsində tarixi dönüş nöqtəsi olacağına inanırıq”.

APA-nın xəbərinə görə, bu, Türkiyənin Xarici İşlər Nazirliyinin 3 Oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü - Naxçıvan Sazişinin ildönümü ilə əlaqədar açıqlamasında qeyd olunub.

Bildirilib ki, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması ilə bağlı 3 oktyabr 2009-cu ildə imzalanan Naxçıvan Sazişi hər il qeyd olunmaqdadır: “Türk cümhuriyyətlərinin müstəqilliklərinin bərpasının 30-cu ildönümünün olduğu bu il Naxçıvan Anlaşmasının 12-ci ildönümünü fərqli bir coşqu və qürurla qeyd edirik və Türk Şurasının genişlənməsindən məmnunuq. Geniş Avrasiya coğrafiyasına yayılan Türk Dünyasının ortaq dilinə, tarixinə və mədəni dəyərlərinə əsaslanan əməkdaşlıq iradəsini təmsil edən Türk Şurası bölgəsində və dünyada sülhə, firavanlığa və sabitliyə xidmət etməyə davam edəcək”.

Açıqlamada noyabrın 12-də Türkmənistanın da müşahidəçi olaraq qatılacağı Zirvə toplantısının əhəmiyyəti də qeyd olunub.

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
Son xəbərlər
Bütün xəbərlər »