Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunacaq
Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunacaq

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili bu gün dövlət sərhədini qanunsuz keçməkdə ittiham ediləcək.

APA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Rustavi 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq prezidentə bu gün ittihamla bağlı rəsmi məlumat veriləcək. DİN-in məlumatında qeyd olunub ki, iş üzrə bütün zəruri istintaq tədbirləri görülür.

Xatırladaq ki, M. Saakaşvili oktyabrın 1-də Tbilisinin Kvişxeti küçəsində qaldığı mənzildə həbs edilib.

Sabiq Prezident haqqında Valeri Gelaşviliyə fiziki hücumda təqsirli bilinərək 6 il, həmçinin vəzifə səlahiyyətindən sui-istifadə maddəsi ilə 2 il 3 ay müddətinə həbs qərarı verilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »