Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya mafiyası daha adam öldürmür, Avropa İttifaqının pullarını ələ keçirir
İtaliya mafiyası daha adam öldürmür, Avropa İttifaqının pullarını ələ keçirir

İtalya mafiyası daha əvvəlki qədər adam öldürmür. Cinayətkar qruplaşmalar qlobal böhrandan maksimum istifadə etməyə çalışırlar. Mafiya Avropa İttifaqının pullarına göz dikir.

Bizimyol.info xəbər verir ki, İtaliya mafiyası alyansın ölkəyə böhran əleyhinə proqramlar və bərpa fondları vasitəsilə ayırdığı vəsaitləri ələ keçirməyə çalışır. Bu barədə xəbərdarlıq Mafiya ilə Mübarizə İdarəsinin hesabatında yer alıb. Sənədin müəllifləri 2020-ci ilin ikinci yarısındakı vəziyyəti təhlil etməklə yeni bir tendensiyanı aşkarlayıblar. Cinayətkar qruplaşmalar ortadan qaldırılmır, əksinə, mafiya İtaliyanın maliyyə sisteminə nüfuz edir. Hesabatda Avropa İttifaqının daha ayıq davranmalı olduğu əksini tapıb.

Mafiya ilə Mübarizə İdarəsinin direktoru Mauritsio Vallone deyib ki, cinayətkar qruplaşmalar daha az adam öldürməyə başlayıb: “Əvvəlki qədər qan tökülmür. Qanuni iqtisadiyyatda yer almaq isə artıb. Söhbət hökumət tenderlərində, biznes layihələrində və hətta hökumət strukturlarında iştirak etməkdən gedir. Son 6 ayda mafiya ilə bağlılığı olan yalnız 2 cinayət qeydə almışıq. 30 ildir belə şey olmurdu. Rekorddur”.

Qlobal böhran günlərində səhiyyəyə daha çox vəsait ayrılır. Prosedur əsasən tenderlərlə həyata keçirilir.

“Fövqəladə vəziyyətdə, hər şeyi tez bir zamanda etmək lazım gələndə hökumət tenderlərin baş tutması prosesini asanlaşdırır. Bununla doğru olmayan davranış riski artır. Beləcə, mütəşəkkil cinayətkarlıqla əlbir və ya mafiozların nəzarətində olan şirkətlərə bu cür tenderlərdə iştirak etməyə imkan yaranır”, - Vallone belə deyir.

Mafiya ilə Mübarizə İdarəsinin direktoru əlavə edir ki, bu cür cinayətlərin qarşısını almaq üçün ağıl işlətmək lazımdır. Onun fikrincə, hər bir tender, burada iştirak edən hər şirkət ciddi yoxlanılmalıdır. Vallone milli və ya Avropa İttifaqının büdcəsindən vəsait ayrılmasının heç bir fərqi olmadığını bildirir. Əsas odur, mafiya maliyyə sahəsində at oynada bilməsin.

Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »