Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə bu gün koronavirusdan 203 nəfər ölüb
Türkiyədə bu gün koronavirusdan 203 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 203 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 352 162 nəfər test edilib, onların 27 973-nün koronavirus testi pozitiv nəticə verib, 22 110 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 101 159 938 peyvənd tətbiq edilib ki, bunun da 86,99 faizi birinci mərhələ vaksinasiya olunanlardır.(apa)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »