Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sabah"ın baş məşqçisi: "Bugünkü hakimlik biabırçılıq idi"
"Sabah"ın baş məşqçisi: "Bugünkü hakimlik biabırçılıq idi"

"Üçüncü dəqiqədə buraxdığımız qoldan sonra oyunda dominantlıq edən tərəf idik. İkinci qolu isə başa düşmək olar. Hücumlarımızda sonluq çatmırdı. Deyiləsi bir söz yoxdur. Futbolda belə halların tez-tez təkrarlanması mənə çatmır. Biri var oynamırsan və məğlub olursan. Oynayıb uduzmağı isə başa düşə bilmirəm".

"Report"un məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev səfərdə "Keşlə"yə 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis hakimlə bağlı danışmaq istəmədiyini bildirib. "İlk turdakı “Səbai”lə matçda da baş hakim Rəşad Əhmədov idi. Elə bil “Sabah”la hansısa qərəzi var. 3-cü dəqiqədən rəqib qapıçı vaxt aparıb, ona bir dəfə də xəbərdarlıq etmədi. Ancaq son dəqiqələrdə sarı vərəqə göstərdi. Rəşad Əhmədov kimi hakimlər futbolu öldürməklə məşğuldur. “Səbail”lə matçda da eyni şeyi başımıza açdı. Bugünkü hakimlik biabırçılıq idi. Epizoda da baxdıq, leyhimizə təmiz penalti verilmədi. Nə olmalıdı ki, rəqib qapısına penalti verilsin? Azərbaycan hakimlərindən danışmaq istəmirəm, sadəcə, Rəşad Əhmədovun etdikləri birbaşa qərəzdir".

Quliyev klub rəhbərliyi ilə ətraflı danışacaqlarını sözlərinə əlavə edib: "İstefadan çəkinmirəm və qorxmuram. Hər bir oyunda yaxşı oynayırıq. Böhrandan çıxış məşqlərdə daha çox işləməkdir".

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »