Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ firması koronavirusa qarşı dərman istehsal etdiyini açıqlayıb
ABŞ firması koronavirusa qarşı dərman istehsal etdiyini açıqlayıb

Vacib qeyd: Həkimlə məsləhətləşmədən istifadəsi qadağandır və təhlükəlidir!

Koronavirusa qarşı yeni dərman: vaksin deyil, müalicəvi dərmandır.

ABŞ-ın "Merck" dərman firması koronavirusun təsirlərini və virusla əlaqəli ölüm riskini azaldan ilk hər formasında dərman istehsal etdiyini açıqlayıb. "Molnupiravir" adlandırılan dərmanın infeksiyanın erkən mərhələsində olan xəstələrdə xəstəxanaya yatırılma və ölüm səviyyəsini 50 faiz azaltdığı iddia edilir. Dərman şirkəti, dərmanın ABŞ və digər ölkələrdə istifadə edilməsi üçün ABŞ Qida və Dərman İdarəsinə müraciət ediləcəyini açıqlayıb.

Merck və biotexnologiya firması ortağı olan Ridgeback Biotherapeutics COVID-19-a yoluxmuş və müalicəyə gec başlayan 775 xəstə üzərində araşdırma aparıb. Müəyyən edilib ki,"Molnupiravir" qəbul edən xəstələrin xəstəxanaya yatma və ölüm səviyyəsi 50 faiz azalıb. Araşdırmaya görə, təsirli maddə olmayan plasebo qəbul edən xəstələrin 14,1-i 30 gündən sonra xəstəxanaya düşüb və ya dünyasını dəyişib. "Molnupiravir" qəbul edən xəstələrdə isə bu səviyyə 7,3 faiz olub. "Merck"-in açıqlamasına görə, "Molnupiravir" qəbul edilən sınaq qrupunda 30 gün müddətindən sonra heç ölən olmasa da, plasebo qəbul edən sınaq qrupundan 8 nəfər dünyasını dəyişib. "Merck"-in açıqlamasına görə, 50 faiz ölüm və ağırlaşma riskinin azalması böyük səviyyədir.

Reuters agentliyinin məlumatına görə, 5 gün müddətində 12 saatdan bir alınacaq dozaların hamısının olduğu dərman paketinin qiyməti, yəni "Molnupiravir"-in qiyməti 700 dollar olaraq müəyəyn edilib. "Merck" rəhbərliyi ABŞ hökumətinin bu dərmandan 1 milyon 700 min doz alacağına inanır.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »