Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp məhkəmə vasitəsilə tvitter səhifəsini bərpa etməyi planlaşdırır
Tramp məhkəmə vasitəsilə tvitter səhifəsini bərpa etməyi planlaşdırır

ABŞ-ın sabiq Prezidenti Donald Tramp Florida ştatının federal məhkəməsinə müraciət edib. O, sosial şəbəkəsinin tam bərpa olunması ilə bağlı məhkəmə çəkişmələrinin davam etdiyi müddətdə tvitter səhifəsinin müvəqqəti bərpasını istəyir.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Keçmiş Prezident tvitter səhifəsinin onun konqresdəki siyasi rəqiblərinin təsiri altında bağlanıldığını iddia edir.

“Twitter” şirkəti onun bəyanatını şərh etməyib.

D.Tramp həmçinin prezidentliyi dövründə şirkətin onun səhifəsinə qarşı əsassız şəkildə senzura tətbiq etdiyini, onun paylaşımlarını “yanıldıcı informasiya” kimi işarələndiyini deyib.(report)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »