Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Belarusu Rusiya hərbi bazasına çevirəcəyini açıqlayıb
Lukaşenko Belarusu Rusiya hərbi bazasına çevirəcəyini açıqlayıb

Belarus prezidenti Aleksandr Lukaşenko CNN telekanalına müsahibəsində deyib ki, onun ölkəsi mahiyyətcə Rusiya-Belarus ittifaqı dövlətinin forpostudur. Onun sözlərinə görə, Qərbin təcavüzü halında ölkəsi “bir ay ərzində” Rusiya ilə ümumi hərbi bazaya çevriləcək.

Lukaşenkonun müsahibəsindən seçmələri Belarus rəsmi KİV-ləri dərc edir.

“Mən bunu deməkdən qorxmuram: əgər lazım olacaqsa Belarus Rusiya ilə vahid hərbi bazaya çevriləcək, xarici təcavüzü dəf etmək üçün. Əgər birdən siz və ya hansısa qonşu dövlət buna qərar versəniz. Siz bunu dəqiq başa düşməlisiniz. Mən özüm də bunu gizlətmirəm”,-Lukaşenko bildirib.

Belarus prezidenti qeyd edib ki, onun ölkəsinin Rusiyanın forpostuna çevrildiyi haqda söz-söhbətlər əsassızdır. Çünki mahiyyətcə onsuz da Belarus ittifaq dövlətinin forpostudur. “Zərurət yaranacaqsa bu forpost bir aya yaradılacaq”,-Lukaşenko vurğulayıb.(virtualaz.org)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »