Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mahir Emreli 2021-ci ilin ən çox qol vuran futbolçuları siyahısına düşüb
Mahir Emreli 2021-ci ilin ən çox qol vuran futbolçuları siyahısına düşüb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, siyahıda Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli də yer alıb.

24 yaşlı forvard cari ildə "Qarabağ" və "Legiya"nın heyətində 23 qola imza atıb. Emreli bu göstəriciyə görə 42 - 48-ci pilləri bölüşdürür. IFFHS-in siyahısında 56 oyunçu var.

Almaniya "Bavariya"sında çıxış edən Robert Levandovski 50 qolla ilk pillədə qərarlaşıb. "Borussiya" (Dortmund) komandasından Erlinq Holann (41) ikinci, İspaniya "Barselona"sından Fransa PSJ-sinə keçən Lionel Messi (37) isə üçüncü sırada yer alıb.

Mahir Emreli İspaniya "Barselona"sından "Atletiko" (Madrid) klubuna icarəyə verilən Antuan Qrizmanndan (22 qol) və İtaliya "Latsio"sunun forvardı Çiro İmmobiledən (22) daha çox qol vurub.

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »