Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev: Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram
Prezident İlham Əliyev: Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram

Mən Paşinyanla bir araya gəlməyə hazıram. Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bizim bir görüşümüz olub və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilib. Mən Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram.

Bizimyol.info xəbər verir ki, Prezident İlham Əliyev bu fikri İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində söyləyib.

Dövlətimizin başçısı deyib: “Mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »