Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evlərdən qızıl və məişət əşyaları oğurlayanlar saxlanılıb
Evlərdən qızıl və məişət əşyaları oğurlayanlar saxlanılıb

Yevlax sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən qızıl zinət-əşyalarının oğurlanması barədə məlumat verib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Hüseyn Mahmudov saxlanılıb. Digər şübhəlinin isə şəxsiyyəti müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir. Araşdırmalarla onların 2 ədəd qızıl üzük, qızıl sırğa, boyunbağı və digər əşyalar oğurlamaqla vətəndaşa 3000 manat dəyərində ziyan vurduqları müəyyən edilib.

Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraməmmədli kəndinin ərazisindəki evlərin birindən oğurluq edən şəxslər də saxlanılıb. Araşdırmalarla cinayət əməlini törədənlərin Elşən Nuriyev və Zamin Fərəcov olduğu müəyyən edilib. Onlar evdən cərəyan aparatı, təmir alətləri və məişət əşyaları oğurlayaraq vətəndaşa 1600 manat dəyərində ziyan vurublar.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »