Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb Saakşvilini Gürcüstana niyə göndərib...
Qərb Saakşvilini Gürcüstana niyə göndərib...

“Mənim azadlığım və daha önəmlisi Gürcüstanın azadlığı sizin fəallığınız və yaxın günlərdəki mübariz ruhunuzdan asılı olacaq. Beynəlxalq dəstək də bundan asılıdır. Xahiş edirəm, şübhə etməyin və sona qədər inanın ki, qələbəmiz öz əlimizdədir”.

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakşvili həbsdən tərəfdarlarına məktubunda belə yazıb. Adamın Ukraynadan durub Gürcüstana gəlməyinin səbəbi bu üç cümlədə tam açılıb. Gəlib ki, hökumət onu həbs eləsin və o da öz azadlığını Gürcüstanın azadlığı ilə üzvi bağlayıb ölkədə hərəkat qaldırsın. “Gürcüstanın azadlığı” deyəndə isə, Rusiyameylli qüvvələrin hakimiyyətdən uzaqlaşdırılmasını nəzərdə tutur. Saakşvilini Gürcüstana ona görə göndəriblər ki, Rusiyanı Cənubi Qafqazdan çıxarmağa kömək eləsin.

Xatırlayırsınızsa, Petro Poroşenko da Ukrayna prezidenti olanda Saakşvilinin vətəndaşlığını ləğv etmişdi. Saakşvili buna baxmayaraq Polşadan keçib Gürcüstana qayıtdı. Poroşenko ona cinayət işi qaldırıb həbs etməyə məcbur oldu. Ancaq içəridə çox saxlaya bilmədi. Üstəlik, öz hakimiyyətini də saxlaya bilmədi; növbəti seçkidə uduzdu. Saakşvili isə Vladimir Zelenskinin hökumətində yüksək vəzifə alıb korrupsiya ilə mübarizəyə başladı.

Mixeil Saakşvili Rusiya prezidenti Putinə qarşı Qərbin silahıdır. O silahdan indi artıq ikinci dəfə Putinə “geosiyasi atəş” açılacağı gözlənilir. Saakşvili Gürcüstana gəlibsə, həbs olunmağa gəlib. Həbs olunmağa gəlibsə, mübarizə aparmağa gəlib. Mübarizə aparmağa gəlibsə, qələbə qazanmağa (və bütün Qafqazı Qərbə qazandırmağa) gəlib. Bu hədəflərə nə qədər nail olacağını zaman göstərəcək.

Hər halda Saakşvili zamanında orada yaşayan azərbaycanlılar üçün daha yaxşı olub. Seçkilərdə də azərbaycanlıların çoxu ona səs verib. Gürcüstan prezidenti Qaribaşvilinin bu ərəfədə Bakıya uçması da həm də bununla bağlı idi. Dəstək vermək və dəstək almaq. Azərbaycan Cənubi Qafqazın əsas ölkəsidir. 44 günlük savaşdan sonra mövqeləri daha da güclənib. İndi Gürücüstandakı proseslərin gedişi və nəticələri Azərbaycan faktorundan da çox asılı olacaq. Eləcə də, Türkiyə faktorundan...

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
Son xəbərlər
Bütün xəbərlər »