Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən faktiki hava açıqlaması
Nazirlikdən faktiki hava açıqlaması

Oktyabrın 2-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumata görə, yağan yağış nəticəsində saat 08:00 radələrindən Talaçaydan (Zaqatala) sel keçir.

Düşən yağışın miqdarı Zaqatalada 24.0 mm, Balakəndə 21.0 mm, Lerikdə 18.0 mm, Yardımlıda 17.0 mm, Şəkidə 15.0 mm, Sarıbaşda (Qax), Kişçayda (Şəki) 14.0 mm, Oğuzda 12.0 mm, Ağstafada 11.0 mm, Lənkəranda 10.0 mm, Qəbələ, Göygöldə 8.0 mm, Xaltan, Altıağacda 7.0 mm, Astarada 6.0 mm, Ceyrançöl, Daşkəsəndə 5.0 mm, Şəmkir, Mingəçevir, Göyçayda 3.0 mm, Şabran, Ağdam, Nabranda 2.0 mm, Qrız, Qusar, Qobustan, Şamaxı, Gəncə, Naftalan, Tərtər, Bərdə, Yevlax, Kürdəmirdə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakı, Maştağada 1.0 mm-dək olub.

Şimal-qərb küləyi Naftalanda 28 m/s, Salyanda 23 m/s, Gəncədə 20 m/s, Tərtərdə 18 m/s, Hacıqabulda 16 m/s-dək güclənib.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti həftə sonunadək davam edəcək.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »