Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Telefonların ekranı daha sınmayacaq
Telefonların ekranı daha sınmayacaq

Mobil telefondan istifadə edən insanların qanını ən çox qaraldan məsələlərdən biri cihazın ekranının sınması olur. Bəzən bu, istehlakçıya xeyli baha başa gəlir, problem az qala telefonun yarı qiymətinə həllini tapır. Amma elm adamları hamını sevindirməyə hazırlaşır. Standart şüşədən çatlamaya beş dəfə çox davamlı olan yeni bir şüşə növü yaradıblar. Nəticədə telefonun ekranının qırılmasına son qoyula bilər. Hər halda, daha adi məişət epizodunda sınmadan söhbət gedə bilməz.

Bizimyol.info xəbər verir ki, həm davamlı, həm də şəffaf şüşə-akril kompozit materialı Kanadanın Monreal şəhərindəki Makgill Universitetinin əməkdaşları hazırlayıb. Bu, mirvari qabıqlarının daxili təbəqəsini xatırladır və “Lego” kərpiclərindən hörülmüş divara bənzəyir.

Tədqiqatçılar deyir ki, yeni material şüşə olsa da, daha çox plastikə oxşayır və zərbə zamanı qırılmır. Mirvari qabıqlarının 95 faizi təbaşirdən ibarətdir. Təmiz halda çox kövrəkdir. Amma daxildə “Lego” bloku effekti yarandığından, möhkəmlik artır. Yaranan çevik format müqavimət gücünü çoxaldır. Buna görə də ekranın sınmayacağına inanmağa dəyər.

Makgill Universitetinin biomühəndislik kafedrasının dosenti Allen Erliher deyir ki, bir çox bioloji materialların quruluşunu öyrənmək ortaya yeni materiallar çıxarmağa kömək edir: “Laminasiya kimi üsullar müasir telefonlarda standart şüşənin sərtləşməsinə kömək etsə də, mobil cihazın səthi zədələnəndə işə yaramır. Üstəlik, bu, baha başa gəlir. Yeni material isə beş dəfə çox effektlilik ortaya qoymağa hazırdır”.

Makgill Universitetinin elmi işçisi Əli Amini indiki nəticəni necə əldə etdiklərindən danışıb. Onun sözlərinə görə, akrilin qırılma indeksini qaydasına salıblar. Çalışıblar ki, bunu şəffaf bir kompozit yaratmaq üçün şüşə ilə hamar şəkildə qarışdırsınlar.

“Science” jurnalında universitet əməkdaşlarının yaxşı iş ortaya qoyduğu yazılıb. Nəşr bildirir ki, istehsal üsulu möhkəmliyə xidmət edir. Jurnalda kompozitin şüşəyə alternativ ola biləcəyi ilə bağlı inam ifadə olunub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »